Ev növbəsində qocalan l qrup əlilə, ‘‘nə qədər istəyirsən bu ərizələrdən yaz, mənzil yoxdur - VİDEO

07, 06, 20
16:01

Ev növbəsində qocalan l qrup əlilə, ‘‘nə qədər istəyirsən bu ərizələrdən yaz, mənzil yoxdur - VİDEO

30-ildir ev növbəsin gözləməkdən yaşlanıb, ümidsizliyə qapılan 1-ci qrup əlilə, Mingəcevir İcra başcisi və bələdiyyə sədrləri ‘‘nə qədər istəyirsən bu ərizələrdən yaz, mənzil yoxdur ’’ deyib yola verilən 

Mingəcevir sakini 1-ci qrup əlil Yaşar Məmmədov  mənzil probleminə görə çətin durumda yaşadigi ilə bağlı dövlət orqanlarina müraciət edib.

KİV-nə müraciət edən 62 yaşlı Yaşar Məmmədov bildirir ki 1989-cu ildə Lacin-Şuşa yolunda avtomobili ilə gedərkən 6-nəfər erməni boyeviklərinin mühasirəsinə düşüb əsir alinarkən onlara müqavimət göstərib ve ermənilərin silahlarin alib geri qayidarkən arxadan atilan avtomat ateşləri nəticəsində idarəetməni itirib daga yuvarlanib.Nəticədə müxtəlif bədən xəsaretləri ilə 12 il yataq xəstəsinə cevrilib.Eyni zamanda o vaxtdan bu gunə kimi Arterial təzyiq və ürək agrilarindan əziyyət çəkirəm.

1990-ci ildən l qrup əlil kimi  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ev növbəsinə dayanmışam

Hal-hazirda Mingəcevir şəhərində  Nizami 14 ünvanda ikiotaqli evdə (bir qizi 2-ci qrup əlil olmaqla) 8 nəfər ailə üzvü ilə yaşayır.

30-ildir növbədə olsaqda biz Mingəcevirdə ki İcra başcilari və bələdiyyə sədrlərinin yartmaz siyaseti nəticəsində mənzillə təmin olunmamışıq. Mənzillə təmin edilməyim xahişi ilə illərdir ki, əlaqədar qurumlara müraciət edirəm. Yazdığım bütün müraciətlərim Mingəcevir şəhər İcra Hakimiyyətinə yönləndirilir. Onlarda özünəməxsus tərzdə, ev növbəsini gözləyə - gözləyə qocalmış, ümidsizliyə qapılan l qrup əlilə, ‘‘nə qədər istəyirsən bu ərizələrdən yaz, mənzil yoxdur ’’ deyir.

25 avqust 1992-ci ildən qüvvədə olan ‘‘Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud reabilitasiyası və sosial müdafiəsi haqqında’’ Azərbaycan Respublikası qanunun 43-cü maddəsinə əsasən ‘‘Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. l qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailəsinə mənzillər növbədənkənar verilir’’. Mingəcevir İcra hakimiyyetinin rəsmiləri isə ‘‘növbədənkənar’’ sözünü qəbul etmək istəmir. Cənab Prezident xahiş edirəm müraciətim bu dəfə də Mingəcevir İcra hakimiyyetinə yönləndirilməsin, çünki bu, boş yazışmalardan və vaxt itkisindən başqa bir şey deyildir.

Mənim artıq 62 yaşım var. 30 ildir ev növbəsindəyəm. Mingəcevirdə 2 alayarimciq otağı8 nəfə ailə üzvümüzün həm yataq, həm yemək, həm istirahət otağıdır. O bir otaqda ev növbəsini gözləməklə 5 qız 1 oglan böyütdüm, (kicik oglum şəraitsizlikdən vəfat edib) bir ömür keçirtdim, lakin insan kimi şəraitim olmalıdı. Həm taleyimin alın yazısı olan şikəstlik, həm bu şikəstliyə görə kasıbçılıq mənim mənzil alıb insan kimi yaşamamıza əngəl oldu. Mən əlil kimi pensiya alıram, həyat yoldaşım da yaşa görə pensiya alır. Evdə yalnız 1 qızım işləyib maaş alır. Bizim maddi imkanımız çatmır ki, öz hesabımıza mənzil alaq. Buna heç bir güman yerimiz və ya gəlirimiz də yoxdur, Biz aztəminatlı ailəyik.

Prezidentimiz İLHAM ƏLİYEVİN daxili siyasətində əhalinin aztəminatlı təbəqələrinə, məcburi köçkünlərə sosial rifahın gücləndirilməsi, onların qayğısına qalınması, uşaqların təhsili, onlara qayğı, ünvanlı sosial yardımların verilməsi, müharibə veteranlarına, əlillərinə, şəhid ailələrinə qayğı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin açılması, əhalinin işlə təmin edilməsi mühüm yer tutur.
Mən də aztəminatlı ailə kimi sizə müraciət edir, mənə kömək etməyinizi xahiş edirəm.

Hörmətli Mehriban xanım! Məni l qrup əlil kimi mənzillə təmin edilməyimə kömək etməyinizi xahiş edirəm. Əvvəlcədən təşəkkür edirəm.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın