MİNGƏÇEVİR TƏHSİLİNİN SEVİNCİ, YOXSA KƏDƏRİ?

04, 05, 23
10:00

MİNGƏÇEVİR TƏHSİLİNİN SEVİNCİ, YOXSA KƏDƏRİ?


Elm və Təhsil nazirinin müavini Firidun Qurbanovun 24 ballıq bu ələdüşməz kadrı Mingəçevirdə meydan sulayır desək yəqin yanılmarıq. Heç bir idarəermə qabiliyyəti olmayan,savad səviyyəsi aşağı olan Mingəçevir Təhsil sektorunun müdiri Sevinc Həsənova bağça müdirlərinin və məktəb direktorlarının(xüsusən xanım direktorların) başına olmazın oyununu açır.

Kobud,özündənrazı,yekəxana,xanım və müəllim adına yaraşamayan davaranış və danışıqları ilə diqqətçəkən Sevinc Həsənovanı icra başçısı da heç xoşlamır.

İntirqaları, qiybəti sevən xanım Həsənova özünü az qala …..ledi kimi aparır.

Maraqlıdır Mərkəzi Aran Regional Təhsil idarəsinin müdiri Elçin Kərimov bu şəxsin hansı savadın,hanası bacarığın sahibi olduğunu bildiyi halda onu bu vəzifədə saxlayır.

Xatırladaq ki,Sevinc Həsənova Mingəçevir şəhər 16 saylı tam orta məktəbin direktoru kimi 24 balla məktəb direktoru olub, müsahibədən də nazir müavini Firudin Qurbanovun tapşırığı ilə keçib.

Dövlət qulluğu imtahanından isə keçməyib.Mərkəzi Aran RTİ tərəfindən Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun müdiri təyin olunması Mingəçevirin təhsil ictimaiyyətini şoka salıb. Çünki xanım Həsənova yeni təyinatını burununu kəsdirməklə qeyd edib və hazırda özündən çox razı şəkildə ondan qat-qat üstün olan müəllimlərə yuxarıdan aşağı baxır, süründürməçiliyə yol verir. Demək olar ki, idarəetmədən və təhsil sənədlərindən, hüquqi normativ aktlardan xəbəri yoxdur.

Qeyd edək ki,məlumatı bizə etibarlı mənbə göndərib.Lazım olsa adını da ictimaiyyətə açıqlayacaq.

Hazırda sektor müdiri Sevinc Həsənovanın qanunsuz əməlləri ilə bağlı bizə göndərilən faktların-foto,səsyazısı və videoların araşdırılması istiqamətində iş gedir.

Bizi izləyin…


Mənbə: Fb- Ictimai Qınaq

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın