278 saylı məktəbin direktoru öz yerinə kimin təyin olunmasını istəyir?

03, 05, 23
14:00

278 saylı məktəbin direktoru öz yerinə kimin təyin olunmasını istəyir?


İyun ayında 70 yaşını qeyd edəcək Məlahət Əliyeva vəzifəsini özünə yaxın şəxsə ötürmək istəyindədir Ölkə təhsilində aparılan islahatlara baxmayaraq, hələ də bu sahədə çox ciddi problemlərin qaldığını deyə bilərik.

Məktəb direktorlarının vəzifələrindən sui-istifadə edərək özlərinə qazanc yerləri etməsindən tutumuş, digər problemlər hələdə aradan qalxmayıb. Təhsil sistemində qeyd etdiyimiz problemlərdən biri də məktəb direktorları arasında pensiya yaşını keçmiş xeyli sayda şəxslərin olmasıdır. Belə şəxslərdən biri də Suraxanı rayonu Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəbin direktoru Məlahət Əliyevadır.

23 ildir məktəb direktoru işləyən Məlahət Əliyevanın bu ilin iyunda ayında 70 yaşı tamam olur. Ancaq "Azərbaycan Reallığı"ın əldə etdiyi məlumata görə 2 aydan sonra 70 yaşını qeyd edəcək Məlahət Əliyevanın hələ də direktor işləmək istəyində olmasıdır.

Başqa bir məlumatda vurğulanır ki, Məlahət Əliyeva öz yerinə yaxın adamlarından birinin direktor təyin edilməsini istəyir. Bildirək ki, 278 saylı tam orta məktəbin rus bölməsində vəziyyətin heçdə ürəkaçan olmadığı iddia edilir. Belə ki, rus bölməsində oxuyan bir çox şagirdlərin əksəriyyətinin repititor yanına getdiyi üçün təhsil sahəsində geniş yayılmış "aylığa" çıxdıqları deyilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın