İlin bu vaxtı boya-badana işi görülür? - ETİRAZ

07, 03, 23
16:00

İlin bu vaxtı boya-badana işi görülür? - ETİRAZ


"Yazıb sizə bildiriəm ki, hal-hazırda Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təmir-bərpa işləri gedir. Dərs vaxtında bu təmirin getməsi orada təhsil Mərkəzində təmir-bərpa işləri gedir. Dərs vaxtında bu təmirin getməsi orada təhsil alan şagirdlərin sağlamlığı üçün çox ciddi təhlükə yaradır. Toz-torpaq, kraska iyi, təhlükəsizlik tədbirlərinin olmaması və.s kimi hallar orada oxuyan şagirdlərin sağlamlığı üçün ciddi təhlküə yaradır". Bu barədə təhsil naziri Emin Əmrullayevə ünvanlanan mütraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir: "Maraqlıdır ki, nəyə görə bu təmir-bərpa işləri yayda buraxılış vaxtı deyil, dərs vaxtı aparılır? Nəyə görə bu hala nəzarət olunmur? Eyni ilə bu cür müraciəti 28.02.2023-cü il tarixində Elm və Təhsil naziri cənab Emin Əmrullayevə və Peşə təhsili üzrə Dövlət Agentliyinə ünvanlasam da Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynova “gözün üstə qaşın var” deyən olmadı. Mənim şikayətimdən sonra Peşə təhsili üzrə Dövlət Agentliyindən bir xanım yoxlamaya gəlsə də Mərkəzin direktoru Mətləb Hüseynov həmin xanımı aldadıb yola salmağı bacarmışdır.

Dünən 06.03.2023-cü il tarixində məktəbdəki təmirlə bağlı çəkilmiş videonu da şikayətimə əlavə edirəm. Təsəvvür edin kolidorda, dərs otaqlarında, müəllimlər otağında bir sözlə qızğın təmir işləri gedir. Nəyə görə şagirdlər həmin toz-torpağın, kraska və emusiya iyinin içərisində olmalıdır? Təmir vaxtı hansısa şagir yaralansa buna görə kim məsuliyyət daşıyacaq? Mənim üçün maraqlısı odur ki, 28.02.2023-cü il tarixində Elm və Təhsil naziri cənab Emin Əmrullayevə və Peşə təhsili üzrə Dövlət Agentliyinə ünvanladığım şikayətdən sonra nəyə görə hələ də bu hala göz yumulur? 

Elm və Təhsil naziri cənab Emin Əmrullayev üçün şagirdlərin sağlamlığı bu qədərmi önəmsizdir? Təmir işlərinin bu vaxtı getməsinin “sirr”i nədir? Fikrimcə bu “sirr”i media nümayəndələri araşdırıb tapa bilər. Xahiş edirəm şikayətim ciddi şəkildə araşdırılsın".

Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın