ALI ATTESTASIYA KOMISSIYASI ELMİ ADLARI 20 MİN MANATA SATIR - ŞİKAYƏT

24, 01, 23
13:00

ALI ATTESTASIYA KOMISSIYASI ELMİ ADLARI 20 MİN MANATA SATIR - ŞİKAYƏT


Bu günlərdə Prezident yanında Ali Attestasiya Komissiyası məlumat yaydı ki, 2022-ci ildə Azərbaycanda 516 nəfərə elmi doktorluq dərəcəsi verilib. rəsmi məlumatda onlardan 432 nəfərin fəlsəfə doktoru, 84 nəfərin isə elmlər doktoru dərəcəsi aldığı qeyd olunub. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 222 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 24 nəfərə isə imtina cavabı gəlib.

Bundan başqa, 2022-ci ildə 200 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 29 nəfərə, professor elmi adı almaq istəyən 7 nəfərə imtina verilib.

Maraqlıdır, AAK-ın elmi adlar verməkdən imtina etdiyi şəxslər kimlərdi?


Bu barədə kiçik araşdırma ortaya bəzi nüansları çıxarıb. Məlum olur ki, mətbuatda qurumun məhz bu fəaliyyəti ilə bağlı saysız-hesabsız şikayətlər var: elmi adların pulla satışından tutmuş, saxta diplomlara qədər..

Əslində, bu quruma Famil Mustafeyevin rəhbər təyinat edilməsindən sonra gözləntilər varıydı, lakin onların ümidləri təkrar öldü. Təkcə son bir ayda bu qurumla bağlı saytımıza kifayət şikayət xarakterli məlumatlar daxil olub. Sadəcə, anonimliyini qoruyaraq məzmununu təqdim etmişik. Həmin şikayət məktublarında elm adamları qeyd edirlər ki, Famil Front oğlu Mustafayev komissiyanı bazara çevirib.

Qeyd olunur ki, vicdanlı alimləri, gənc elmi araşdırmaçıları dəyərləndirməli olan Ali Atestassiya Komissiyası elmi ad alveri ilə məşğuldur. İllərdir elmi dərəcə satan bu qurumun keçmiş rəhbərinin qoyduğu “ənənə”ni davam etdirən sədr Mustafayev Famil Front oğlu böyük korrupsiya şəbəkəsi yaradıb.

Ali Attestasiya Komissiyasında fironluq edən F.Mustafayev komisiyadan keçənlərin sevincini də qursağında qoyur. Elmi adların verilməsində alimlərin qarşısında minimum 20 min manat tələb qoyan AAK sədri yaxınlarda bu işin topdan satışı ilə də məşğul olar. Hətta professorluq diplomunun saxta olmasına dair iddialar var.

F.Mustafayevin rəhbər vəzifəyə gəlişindən sonra AAK-da rüşvətin yığışdırılacağına ümidlər çox idi. Ancaq rüşvət və korrupsiya yuvasına çevrilən AAK-ın yeni rəhbərliyinin də köhnədən qalma ənənələri davam etdirməsi elm ictimaiyyətini, vicdanlı alimləri çox narahat edib.

Məsələn, vicdanlı professorlardan olan İdris Abbasov mətbuata verdiyi müsahibəsində qeyd edib ki, AAK sədri müzakirə edilmiş elmi işləri dəfələrlə təkrar müzakirəyə cəlb edir. Çarəsiz qalan əksər gənc alimlər və araşdırmaçıların dəfələrlə müzakirə edilmiş işləri əllərində qalmış olur:

“Mən ona görə də təkrar müzakirəyə sədrlik etməkdən imtina etdim. Elmə, inkişafa heç bir faydası olmayan belə yanlış qərarın icraçısı olmaq üçün o qədər cahil olmalısan ki, bu hərəkətə boynubükük şəkildə razı olasan. Həyatda hər şey elmdən, ziyalılıqdan, haqq sözünü deməyi bacarmaqdan, özünə qarşı tələbkar olmaqdan başlayır. Təəssüf ki, bizim bəzi alim-məmurlarımız bunu hələ də anlamaq istəmirlər. Şirnikləndirici təkliflər, formal müzakirələr, formal seminar vədləri elmin inkişafına deyil, rüşvətə xidmət edir”.

Professor əlavə edir: “Ekspert Şurasının lüzumsuz olduğunun şahidi oldum. Famil Mustafayev yenilik etmək istəyirsə, ilk olaraq elmə aidiyyəti olmayan Ekspert Şurasını ləğv etməliydi”.

Bəs F.Mustafayev nə etdi? Nazirlər Kabineti qarşısında məsələ qaldırdı ki, ekspertlərə pul vəsaiti ayrılsın. Professor bildirib ki, kənardan baxanda da elə bilirlər ki, Ekspert Şurası böyük iş görür, içəridə nəsə iş gedir. Dəhlizlərdə isə vicdanlı alimlər, gənc araşdırmacılar əllərində işləri müdafiəsini, ona verilən rəyı gözləyir. Bu gözlənti aylarla, illərlə davam edir.

Ancaq qızına, gəlininə toy hədiyyəsi kimi elmi ad, elmi dərəcə alıb hədiyyə vermək istəyənlər heç o dəhlizlərdə ayaq da döymürlər. Bu cür evdar “alimlər” də elmi dərəcələrinin qiyməti ilə öyünürlər. 20 min manatlıq elmi ad, 30 min manatlıq elmi dərəcə…

Uzun illərdən bəri ömrünü elmə həsr etmiş, min əziyyətlə dissertasiya yazıb müdafiə etmək istəyənlərin qarşısında AAK rəhbəri F.Mustafayev Çin səddi çəkib. Elmi dərəcə, elmi ad admaq istəyən gənc alimlərin əli ciblərində olmalıdır. Yoxsa onların bu günə qədər oxuduqları, araşdırdıqları, yazdıqları dissertasiyalar heç kəsə lazım deyil.

Bəzi namizədlər elmi adlara görə rüşvət istənilən namizədlər media vasitəsi ilə qurumun rəhbəri Famil Mustafeyevə müraciət edirlər ki, bəs bizdən pul istənilir. Sadəlövh alimlər düşünürlər ki, bu pulu onlardan istəyənlər Famil Mustafayevə xəyanət edirlər. Onların müraciətlərindən belə görünür ki, bu rüşvətistəmə əməliyyatından qurumun sədrinin xəbəri yoxdur. Amma düşünmürlər və ya düşünə bilmirlər ki, Prezidentin etimad göstərdiyi Famil Mustafayev bu işi görməz.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın