SON DƏQİQƏ! Əməkdar müəllim Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev mübahisə zamanı vəfat edib

18, 01, 23
19:00

SON DƏQİQƏ! Əməkdar müəllim Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev mübahisə zamanı vəfat edib


Şəmkir rayonunda yerləşən  Regional Təhsil İdarəsində ölüm hadisəsi baş verib məlumatlı mənbənin "Azərbaycan Reallığı"na verdiyi məlumata görə bir neçə ay bundan əvvəl  işdən çıxarılan Tovuz rayon sakini Abıyev Elçin Nadir oğlu adlı əməkdar müəllim işdən çıxarılmasına etiraz olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevin yanına gələrək onun verdiyi qərara etiraz edib.

Bu zaman əməkdar müəllimlə Arslan Hacıyev arasında mübahisə baş verib. Nəticədə isə əməkdar müəllim otaqda yerə yıxılaraq bir neçə dəqiqədən sonra vəfat edib. Hadisə şahidinin verdiyi məlumata görə hal-hazırda Şəmkir rayonunda rayonun hüquq-mühafizə əməkdaşları, DİN, Prakurorluq və DTX araşdırmalara başlayıb. 

Məsələ ilə bağlı bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da telefon zənglərimizə cavab verilmədi.

"Azərbaycan Reallığı" məlumatlı mənbənin iddiaları ilə bağlı yazıda adı çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırdır.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın