Vasif Talıbovun qurmaq istədiyi “İranyolu” Naxçıvan dövlətinin kənd təsərrüfatı naziri İbrahim Cəfərov olacaqmış – ŞOK

30, 12, 22
16:00

Vasif Talıbovun qurmaq istədiyi “İranyolu” Naxçıvan dövlətinin kənd təsərrüfatı naziri İbrahim Cəfərov olacaqmış – ŞOK


KİV-də dolaşan, həm də etibarlı olduğu deyilən mənbələrə istinad edən məlumatlara görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qəzəbə tuş gəlməsinin əsas səbəbi bu yay Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Mərdəkandakı bağ evində keçirilən gizli toplantı olub.

"Azərbaycan Reallığı" xəbər verir ki, “Qlobalinfo.az” saytının yaydığı məlumatda qeyd edilir ki, sözügedən toplantıda V.Talıbov və ev sahibi R.Mehdiyevdən başqa Naxçıvandan olan bəzi deputatlar, iş adamları iştirak edib. Qonaqlar arasında deputat Siyavuş Novruzovun da olduğu deyilir.

“Zirvə Toplantısı”nda “konsey” yaradılması haqda qərar qəbul edilib. “Konsey”in ilk məqsədi Prezident İlham Əliyevin siyasi idarəsinə dirəniş təşkil etmək, Naxçıvan klanının qanunsuzluqlarına qarşı tədbirlərə mane olmaq, “təcili tədbirlər“ görərək, ölkədə aparılması zəruri olan kadr və digər islahatların qarşısını almaq olub. Məlumata görə, toplantıda gələcəkdə fors-major vəziyyət yarandığı halda Naxçıvanı müstəqil dövlət elan etməklə bağlı razılığa gəliblər.

“Konsey”in növbəti hədəfi isə Azərbaycan Ordusunun Naxçıvanda yaradılacaq separatçı rejimin varlığına son qoyub ölkənin suverenliyini bərpa etməsinin qarşısını almaq üçün İranla maksimum yaxınlaşmaq olub. Xatırladaq ki, V.Talıbovun İranın siyasi, hərbi və dini çevrələri ilə yaxın münasibətlərinin olduğuna dair indiyədək məlumatlar yayılıb. Və bu məlumatların heç biri təkzib edilməyib. Hətta mediada yazıldığına görə, SEPAH generalları Naxçıvana gələrək V.Talıbovla təkbətək görüşüblər.

Qeyd olunur ki, artıq Vasif Talıbovun gələcəkdə qurmaq variantını nəzərdən keçirdiyi “müstəqil” Naxçıvanın kənd təsərrüfatı naziri yerinə namizəd də müəyyənləşib – həmin şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq rektoru İbrahim Mehtiyevdir.

Uzunmüddətli araşdırmalardan sonra məlum olub ki, Talıbov-Mehdiyev tandemi dövlətə və Prezidentə qarşı sözün əsl mənasında xəyanət yolu tutublar. Onlar unitar dövlətin içində ayrıca müstəqil dövlət yaradıb, Azərbaycanı bölmək yolu seçiblər. Bu “müstəqil” dövləti də ilk tanıyan İran olacaqmış.  

Yeri gəlmişkən xatırladaq ki, İbrahim Cəfərovun rektorluğu dönəmində Azərbaycan Dövlət Aqrar Universitetində baş alıb gedən qanunsuzluqlar barədə son aylarda “ADAU-da rektorun tacir kafedra müdirləri”, “ADAU-da sistem çöküb”, “ADAU-da təhsil biabırçılıqları…” sərlövhəli və başqa tənqidi məqalələr dərc olunub, Universitetin tərəqqipərvər professor və müəllimlərinin İ.Cəfərovun yarıtmaz idarəçilik siyasətinə qarşı etiraz nidaları yayımlanıb.

Doğrudur, İ.Cəfərov vəzifəsindən azad olunsa da, onun Azərbaycan təhsilinə və kənd təsərrüfatına vurduğu ziyanı böyük hesab edən ziyalılar sabiq rektorun müttəhimlər kürsüsündə əyləşdirilməsini və ondan hesabat sorulmasını istəyirlər. Düşünürük ki, bu son informasiya həmin gözləntilərin həqiqətə çevrilməsini tezləşdirəcək.

 AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın