248 nömrəli Məktəbin direktoru Azərbaycan bayrağını ayağının altına qoyaraq şəkil çəkdirdi - FOTO

30, 05, 22
15:00

248 nömrəli Məktəbin direktoru Azərbaycan bayrağını ayağının altına qoyaraq şəkil çəkdirdi - FOTO


Məktəb direktoru Azərbaycan bayrağını ayağının altına ataraq şəkil çəkdirib. "Azərbaycan Reallığı" xəbər verir ki, Bu barədə jurnalist Zaur Qənbərov şəxsi Facebook hesabında paylaşım edib.

“Bakı şəhəri 248 nömrəli tam orta məktəbin direktor müavini Reyhanə Qurbanovadır. O, Azərbaycan bayrağını ayağının altına ataraq şəkil çəkdirib.

Xanımın diqqətinə çatdıraq ki, o bayraqdan ötrü nə qədər igidlərimiz qanlarından, canlarından keçdi. Reyhanə xanım isə ayaq altına atır.

R.Qurbanova mətbuata tanış simadır. O, saxta əmək kitabçasının olması ilə bağlı mətbuatın gündəmində olub.”

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın