Bu olay Əmrullayevin özünü də hədəfə ÇEVİRƏ BİLƏR - İLGİNC

27, 05, 22
18:00

Bu olay Əmrullayevin özünü də hədəfə ÇEVİRƏ BİLƏR - İLGİNC


Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədli Gülnar İlqar qızı artıq bir aydır ki, məktəbə getmir. Buna səbəb Gülnar Məmmədlinin həmin məktəbin direktoru Çinarə Atayeva tərəfindən şiddətə məruz qalması, telefonunun sındırılması və sinif yoldaşları arasında aşağılanmasıdır.

Belə ki, məlumata görə, direktor Çinarə Atayeva 26 aprel 2022-ci il tarixində əsəbi vəziyyətdə sinfə daxil olub, şagird Gülnar Məmmədliyə geyim forması ilə bağlı kobud şəkildə irad bildirərək, əynindəki gödəkçəni çıxarmasını tələb edib. Bu zaman gödəkçənin cibində mobil telefon olduğunu görən Ç. Atayeva, həmin telefonu şagirddən alıb yerə vuraraq sındırdığı və G. Məmmədlini bir neçə dəfə divara çırparaq təhqir etdiyi iddia olunur.

Əsəbi soyumayan Ç. Atayevnına şagirdi otağına apardığı, qapını içəridən bağlayaraq Gülnar Məmmədliyə fiziki şiddət göstərdiyi billdirilir.

Bu barədə zərərçəkənin atası İlqar Məmmədov məlumat verib. Eyni zamanda bu hadisədən sonra - həmin günün axşamı G. Məmmədlinin sinif rəhbəri Şəfaqət Balacanovanın “watsapp” vasitəsilə valideynlərə göndərdiyi səs yazısıda redaksiyamıza təqdim olunub.

Şikayətçi İlqar Məmmədov bildirir ki, hadisədən 1 aya yaxın vaxt keçsə də, nə Abşeron Rayon Polis İdarəsi nə də Təhsil Nazirliyi direkor barəsində heç bir tədbir görməyib: “Hadisə araşdırılması üçün 1 aya yaxındır ki, Abşeron rayonunu Polis İdarəsinin İstintaq şöbəsinə verilib. Amma istintaqın gedişatıyla bağlı inidiyə qədər heç bir məlumat verilməyib. Təhsil Nazirliyi də bu məsələnin araşdırıdığını və həll olunacağını desə də, direktor barəsində heç bir tədbir görülməyib.

Qeyd edim ki, bu Ç. Atayevanın direktorluğu müddətində baş verən ilk belə hadisə deyil. O, bundan öncə də bir neçə şagirdə qarşı fiziki güc tətbiq edərək, xəsarət yetirib. Hadisəylə bağlı Ç. Atayeva bir neçə dəfə Abşeron Rayon Polis İdarəsinə dəvət olunsa da, gəlməyib. Hadisənin baş verdiyi gün sinif otağında və koridorda kameralar işlək vəziyyətdə olsa da, istintaqa təqdim olunmayıb. Məktəb rəhbərliyi kamera görüntülərinin 3 gündən sonra avtomatik olaraq silindiyini bəhanə gətirərək, görüntüləri gizlədib”.

Şikayətçi sinif rəhbəri Şəfaqət Balacanovanın valideynlərə atdığı səs yazısında hadisəni etiraf etdiyini bidirir: “Sinif rəhbəri sözügedən səs yazısında hadisəylə bağlı məktəbdə yoxlama aparılacağını, bu səbəbdən də valideynlərdən uşaqlarını məktəbə göndərmələrini xahiş edir. O, uşaqları bərk-bərk tənbeh edir ki, məktəb direktorunun telefonu yerə çırpmasıyla bağlı heç nə deməsinlər. Bu səs yazısından sonra sinif rəhbəri Şəfaqət Balacanova mənə yalvardı ki, o, bu sözləri səhvən deyib. Və məndən onun barəsində polisə şikayət etməməyimi xahiş etdi. Artıq bir valideyn olaraq məktəbə getməyə qorxuram. Çünki Ç.Atayeva elə bir insandır ki, ondan hər şey gözləmək olar. Maraqlıdır ki, reketliklə məşğul olan məktəb direktoru kimə güvənərək bu cür hərəkətlər edir?

Ətraflı

Bu hadisədən sonra psixoloji sarsıntı keçirən övladım 1 aya yaxındır ki, məktəbə getmir. Mən məktəb direktorunun bu əməllərinə son qoyulmasını, müvafiq qurumlardan Çinarə Atayeva barəsində lazımi tədbirlər görmələrini xahiş edirəm”.

Bu mövzuyla bağlı Təhsil Nazirliyindən “AzPolitika.info”-ya bildirilib ki, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə 9-cu sini şagirdinin döyülməsi ilə bağlı iddia Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:“Məktəbdə əlavə araşdırmalara başlanılıb.Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, bu barədə araşdırma gedir və nəticə barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Çinarə Atayeva 2018-ci ildən Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra edir. Ç. Atayevanın adı müxtəlif qanunsuz əməllərdə - rüşvət, şagirdlərə qarşı zorakılıq, müəllimlərə saxta dərslər verərək, pul vəsaitini mənimsəmə və sair kimi əməllərdə çəkilir. Amma nədənsə direktorun bu əməlləri həmişə cəzasız qalıb və ona indiyə qədər gözün üstə qaşın var deyən olmayıb. Əvəllər Abşeronun sabiq İcra başçısı İradə Gülməmmədova tərəfindən himayə olunan Çinarə Atayevanın yeni himayədarının kimliyi isə məlum deyil. (AzPolitika.info)

 AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın