Yevlax Mədəniyyət İdarəsində daha bir ÖZBAŞINALIQ

21, 02, 22
19:30

Yevlax Mədəniyyət İdarəsində daha bir ÖZBAŞINALIQ


Yevlax şəhər Mədəniyyət Mərkəzinin tabeliyində olan şəhər yaradıcılıq evində fəaliyyət göstərən Bəşir Səfəroğlu adına Kukla Xalq teatrında özbaşınalıqlar baş alıb gedir.

Şəhər yaradıcılıq evində məktəblilər üçün “Qırmızı papaq” tamaşası nümayiş edilib. Tamaşa üçün məktəblilərə 1 manata bilet satılıb və həmin vəsait mənimsələnilib. Əfsuslar olsun ki, yaradıcılıq evi tərəfindən satılan biletin qəbzi heç bir şagirdə verilməyib. Hələ bu azmış kimi COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin imzaladığı sərəncamı heçə sayaraq tamaşaya xeyli sayda şagird dəvət edilib və onlar arasında sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl olunmayıb.

Əldə etdiyimiz digər maraqlı məlumata görə, yaradıcılıq mərkəzinin direktoru Zöhrə Adıgözəlovanın qohum-əqrabalarının adı Yevlax Mədəniyyət İdarəsində gedir. Adları işdə olub, özləri Mədəniyyət İdarəsinin qapısını belə tanımayan Z.Adgözəlovanın qohum-əqrabaları oturduqları yerdə pul qazanırlar.

Azərbaycan xalqının mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində dövlətimizin maraqlarını müdafiə edən xüsusi xidmət orqanları müvafiq tədbirlər həyata keçirməsi Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax rayon üzrə nümayəndəliyinə təsir etməyib.

Ümid edirik ki, aidiyyatı orqanlar Yevlax şəhər Mədəniyyət İdarəsində baş verən özbaşınalıqlara son qoyacaq.

Qeyd edək ki, Bərdə Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Bəşir Səfəroğlu adına Kukla Xalq teatrının direktoru, Mədəniyyət Həmkarları Təşkilatının sədri Zöhrə Adıgözəlova Həmkarlar İttifaqının xətti ilə mədəniyyət işçilərinə əlavə pul yazıb, sonradan həmin vəsaiti geri tələb etməsi ilə gündəmə gəlmişdi.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq (KanalS.az)

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın