Məktəb direktoru şagirdi döydü - FOTO

02, 11, 21
09:14

Məktəb direktoru şagirdi döydü - FOTO


Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva şagirdi döyərək, ona xəsarət yetirib.

Məktəbin 7 "D" sinfinin şagirdi Anar Mirzəağayevə fiziki təzyiq göstərib. Nəticədə şagirdin qulağı əzilib və boynunda iz qalıb.

Xəbəri şagirdin anası Könül Mirzəağayava təsdiqləyib.

O bildirib ki, hadisə övladının günahı ucbatından baş verdiyi üçün direktordan şikayət etməyib:

“Məktəbin həyətində uşaqlar sıraya düzülən zaman mənim uşağım digər bir uşağa söyüş söyüb, ona görə də direktor onu vurub. Boynunda iz qalıb. Həmin gün bir az ağrayıb, daha sonra keçib gedib. Günah uşağımda olduğu üçün direktora heç bir şey demədim”.

Qeyd edək ki, Çinarə Atayeva qalmaqallı hərəkətləri ilə bir neçə dəfə medianın gündəminə gəlib. (Bakupost.az)

AZƏRBAYCANREALLIĞI.COM


Bizimlə əlaqə saxlayın