"Anar Qədiməliyevdən Gəncə şəhər Təhsil idarəsinin müdiri ola bilməz..." - NARAZILIQ!

06, 08, 21
18:00

"Anar Qədiməliyevdən Gəncə şəhər Təhsil idarəsinin müdiri ola bilməz..." - NARAZILIQ!


"Çox hörmətli cənab Prezident və hörmətli həmkarlar. İndi sizə bir daha aydın olsun ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi özünün 8 saylı mərkəzləşdirilmiş Ərazi Maliyyə İdarəsinin rəisi Fəraid Qəhrəmanovun mənim barəmdə, yəni Gəncə şəhər 30 saylı orta məktəbin sabiq direktoru Həsənov İlham Musa oğlu haqqında yazmış olduğu müsbət rəydən sonra mənim müqaviləmə xitam verilməsi ancaq qərəzli formada olmuşdur".

AYB-/AJB- AAB-birliklərinin üzvü, şair, əməkdar müəllim Həsənov İlham Musaoğlunun Prezidentə etdiyi müraciətdə yer alıb.

Bir nüssəsi də dia.az-a göndərilən müraciətdə daha sonra deyilir: "Bu qədər titulları olan, dövlətə və dövlətçiliyə xidmət edən işdən çıxarılır, lakin Gəncə şəhərində saxlanılan 5 nömrəli məktəbin direktoru Bəhram İmranov və respublikanın digər şəhər və rayonlarında 75-80 yaşlı məktəb direktorlarının müqavilə bağlanaraq işdə saxlanılmasına nə ad vermək olar? Bütün bunlar onu göstərir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyində kadr siyasəti olduqca bərbad vəziyyətdədir. Bu işdə İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov və Gəncə şəhər Təhsil idarəsinin müdiri Anar Qədiməliyevin özbaşınalıqları bütün ölkəni başına alıb tuğyan edir.

Cənab Prezident. Mən qocaman bir təhsil işçisi kimi, bütün təhsil işçiləri adından, mənim vəziyyətimə düşən məktəb direktorları adından xüsusilə, Gəncə şəhər ziyalıları adından sizə müraciət edərək bildirirəm ki, bu biabırçılıqlara tezliklə son qoyulsun.

Sorosa xidmət edən, hansısa yolla əsgəri xidmətdən yayınan, əslində heç bir vətənpərvərlik hissi olmayan, ixtisasca mühasib olan bank işçisi, ADAU- məzunu Anar Qədiməliyevdən Gəncə şəhər Təhsil idarəsinin müdiri ola bilməz.

Bir ölkə başçısı kimi, bir Heydər Əliyevin oğlu kimi sizdən xahiş edirəm ki, bu ədalətsizliyə barışmaz mövqe tutub həmin adamların cəzalandırılması yolunda təcili və təsirli tədbirlər görülməsi üçün öz tərəfinizdən xüsusi göstəriş verəcəksiniz.

Öncədən sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm". (DİA.AZ) 

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın