Direktora təhsilin təşkilinə görə qiymət verilməlidir - PSİXOLOQ

16, 05, 21
22:00

Direktora təhsilin təşkilinə görə qiymət verilməlidir - PSİXOLOQ


Qərb ölkələrində şagirdi ilə ailə həyatı quran müəllimə, müəllimi ilə sevgili olan şagird görmək elə də nadir hadisə deyil və bu kimi məsələlər təəccüb doğurmur.  Çünki peşəni şəxsi həyata qarışdırmırlar.

Peşə demişkən, dünyada minlərlə peşə var, onların içində ən böyük olanı müəllimlikdir. Müəllimlik elə bir peşədir ki, bütün peşələrin sahiblərinin ilk dəfə məktəbə gedəndə müəllimlə qarşılaşdığı anlar olub. 

Amerikada bir müəllimənin mahnı oxuması bizdə bir müəllimənin yemək yeməsi qədər təbii və normal qarşılanır. Necə ki, insanın yemək yeməsi təbii ehtiyacıdır, onun hislərinin müxtəlif formalarda ifadə olunması da təbii ehtiyacıdır. 

Bir çox sahələr kimi bizdə mətbuat da hələ oturuşmayıb, bəzən nə etdiyini, yazdığını özü də bilməyən media nümayəndələri ilə qarşılaşırıq. 

Bu yaxınlarda bir məktəb direktorunun adi, insani keyfiyyətləri özündə əks etdirən kiçik bir video-görüntüsünü trajlayıb ağızlarına gələni yazan media nümayəndələri gördük. 

 Həqiqət Şükürova

Məsələni araşdırdıq. Məlum oldu ki, 23 saylı Kəlbəcər rayon tam orta məktəbin direktoru Həqiqət xanım Şükürovaya qarşı şər-böhtan xarakterli məlumatlar paylaşılır. Direktor xanımın işdən kənarda, istirahət etməsi, mahnı oxuması və buna aid foto-video materialların əldə edilib trajlanması onun əleyhinə aparılan kompaniyanın bir hissəsidir. 

Azerbaycanreallığı.com
olaraq bu məsələni diqqətdə saxlayırıq. 

Psixoloq Aytən Ələkbərova bu məsələnin psixoloji vəziyyəti haqqında saytımıza açıqlama verib. Bildirib ki, psixologiya fərd və şəxsiyyəti öyrənir: "Qruplararası münasibətlər də burada müəyyən edilə bilir. Bu gün cəmiyyətdə bir çox baryerlər ortadan götürülüb. Emosiyalar insanı idarə edir. Biz bu gün o müəlliməmizin həyatında baş verənləri müzakirə etməməliyik, əgər ondan müəllimə kimi danışırıqsa, təhsil sistemindəki vəziyyətindən danışmalıyıq. Gəlin gedək baxaq görək o müəllimə necə dərs deyir? Məktəbdə dərsin təşkili hansı səviyyədədir? Bizə bunlar lazımdır. Bizim onun şəxsi həyatı ilə nə işimiz? 

Aytən Ələkbərova

Burada bir məsələni xüsusi qeyd edim ki, o müəlliməyə qarşı bu gün şər-böhtan xarakterli məlumatlar yazılırsa, o müəllimə intihar həddinə çatdırıla bilər, intihar edə bilər, o zaman onun şəxsi həyatından mətbuatda trajlayan jurnalistlər onun ölümünə cavab verə biləcək?"

Azerbaycanreallığı.com

Bizimlə əlaqə saxlayın