Ağsuda şəhid adına hörmətsizlik: Təhsilə ayrılan pullar hara gedir? - FOTOLAR

19, 09, 20
13:56

Ağsuda şəhid adına hörmətsizlik: Təhsilə ayrılan pullar hara gedir? - FOTOLAR


Ağsu rayon Kəndoba kəndində yerləşən şəhid Rafiq Hüseynov adına tam orta məktəb qəzalı vəziyyətdədir.

Azerbaycanrealligi.com xəbər verir ki, Kəndoba kənd sakinlərinin Sozcu.az-a verdikləri məlumata görə, dəfələrlə şəhidimizin adını daşıyan məktəblə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, illərdir ki, problem həllini tapmır:

Məktəb döşəmə betondan ibarətdir, pəncərələrdən istifadə etmək mümkünsüzdür və binanın çox hissəsində pəncərələr yoxdur. Binanın özülünün daşları ovulduğundan məktəb hər an uçmaq təhlükəsi ilə üz-üzədir. Təhsil müəssisəsinin dam örtüyü də yararsız vəziyyətdədir. Xüsusi ilə payız-qış mövsümündə yağış və qar suları dam örtüyündən damaraq sinif otaqlarını bərbad hala salır. Sinif otaqlarına rütubətdən girmək olmur, pis qoxu hər tərəfi bürüyüb, siniflər başdan-ayağa xəstəlik mənbəyidir.

köhnə qapı-pəncərələri, uçulmuş tavanı olan bu binanı qışda qızdırmaq mümkünsüzdür. Soyuq sinif otaqları əsl xəstəlik mənbəyidir. lövhələr sovetlər dönəmindən qalıb. Məktəb tövləyə, məktəbin həyəti də hevanların otlaq sahəsinə oxşayır. Qışda sinif otaqları soyuq, nəm üfünət olur. Tavandan toz tökülür deyə uşaqlar dərsdən evə gələndə paltraları çirkab içində olur, şagirdlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Hər an bu qəzalı məktəb uça bilər”, – deyən kənd sakinləri dövlətdən kömək gözləyir.





Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın