At tövləsinə oxşayan Sabirabad rayonu Yolçubəyli kənd orta məktəbi - VİDEO

05, 04, 19
11:04

At tövləsinə oxşayan Sabirabad rayonu Yolçubəyli kənd orta məktəbi - VİDEO


Bir dövləti məhv etmək istəyirsənsə, onun təhsilini al əlindən deyiblər. Azerbaycanrealligi.com Xeberal.az saytına istinadən xəbər verir ki, Sabirabad rayonu Yolçubəyli kənd orta məktəbinin binasının təyinatının dərs keçmə yeri əvəzinə dəyişdirilərək mal-heyvan məskəninə çevrilməsi açıq-aşkar görünür. Bu gün Azərbaycan təhsili inkişaf dövrünü yaşasa da, nədənsə Sabirabad rayon təhsili bölgələr üzrə ən geri sıralarda dayanır. Bizə göndərilən videodan bəlli olur ki, Sabirabad rayonu Yolçubəyli kənd orta məktəbi tam baxımsız və nəzarətsiz vəziyyətdədir.  Mənbə bildirir ki, məktəbin direktoru əslən rusdur və adı Raisə Vəliyevadır.
[media=https://youtu.be/gpRQCT1ICTk]
Ölkənin 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafı üçün tikdirdiyi müasir tipli məktəblərə nəzər salsaq, biz görərik ki, Sabirabad təhsili isə öz əlindəki məktəbə diqqət və qayğı göstərmək əvəzinə təhsil ocağını heyvan tövləsi kimi istifadə edilməsinə göz yumur. Həvəskar çəkiliş olsa da, açıq-aşkar görünür ki, bu məktəb olduqca baxımsız və nəzarətsizdir. Həqiqətən, acınacaqlı bir vəziyyətdir! Mənbə onu da bildirir ki, Sabirabad təhsili ümimiyyətlə baxımsızdır. Ali məktəblərə qəbul göstəriciləri də bu rayonda olduqca aşağıdır. Ümüd edirik ki, bizim bu yazımızdan sonra Təhsil Nazirliyi və Sabirabad Təhsil şöbəsi hərəkətə keçib görünən nöqsanları aradan qaldırmağa müvəffəq olacaqlar. Sözügedən videogörüntünü təqdim edirik. Qarşı tərəfi dinləyib mövqelərini dərc etməyə hazırıq.
[media=https://youtu.be/fs3hk6OkU2o]

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın