Azərbaycanda universitetdə tələbələrə saqqal saxlamaq qadağan edildi

24, 10, 18
15:22

Azərbaycanda universitetdə tələbələrə saqqal saxlamaq qadağan edildi



Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrə saqqal saxlamaq qadağan edilib.

Azerbaycanrealligi.com a24.az-a istinadən xəbər verir ki, bu barədə SDU-nun bir qrup tələbələri tərəfindən daxil olan məlumatda deyilir.
Bildirilir ki, universitetdə tələbələrə saqqal saxlamaq bir müddətdir ki, qadağan edilib. Buna görə də onlar dərsə buraxılmırlar. Eyni zamanda, saqqal saxlayan tələbələrin auditoriyaya buraxılmaması və onlara qaib yazılması göstərişi verildiyi bildirilir.

Bunun üçün də tələbələr sözügedən qadağaya etiraz etdiklərini bildirirlər. Onların sözlərinə görə, məlum qadağa yeni tədris ili başlanandan sonra daha sərt şəkildə qüvvəyə minib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın