Siyəzən rayonu 6 saylı liseyinin direktoru qanuna əsaslanmayan əmr verdi.

09, 09, 18
14:50

Siyəzən rayonu 6 saylı liseyinin direktoru qanuna əsaslanmayan əmr verdi.

Siyəzən rayonu 6 saylı liseyinin direktoru vəzifə səlahiyyətlərindən sui istifadə etir. 
Siyəzən rayonu 6 saylı liseyinin direktoru  qanuna əsaslanmayan əmr verdi.
“24saatxəbər.com” xəbər portalına daxıl olan məlumatda bildirilir ki, Siyəzən rayon sakini, 6 saylı liseyin təssərrüfat məsələləri üzrə direktor müavini Əhmədov Şamil Rüstəm oğlu barəsində qanuna zidd qərar qəbul edilərək, işdən azad edilmişdir. 
Araşdırma nəticəsində aydın olmuşdur ki, Əhmədov Şamil Rüstəm oğlu həqiqətən Siyəzən rayon sakini, 6 saylı liseyin təssərrüfat məsələləri üzrə direktor müavini vəzifəsindən, direktor Əliyeva Yeganə xanımın 31.08.2018-ci il tarixdə, 89 saylı daxili əmri ilə işdən azad edilmişdir. 
Məsələ ilə əlaqədar 6 saylı liseyin direktoru Yeganə xanum Əliyeva ilə əlaqə saxladıq. Yeganə xanum Əliyeva , Əhmədov Şamili vəzifəsindən uzaqlaşdırmasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzinin 27.07.2017-ci il 69 saylı məktubuna istinadən etdiyini və 28 aprel 1997-ci il 206 saylı əmrinin icrası üçün zərurət olduğunu qeyd etdi.
Əhmədov Şamil direktorun ona qarşı qanunsuzluğa yol verdiyini və onu işdən öz oğlunu həmin vəzifəyə gətirmək üçün azad etdiyini bildirdi. O hüquqlarının bərpası üçün sona kimi mübarizə aparacağını bildirdi. 
İşi məhkəməyə hazırlayan Əhmədov Şamil Rüstəm oğlu nümayəndəsi Hüseynov Amil məsələ ilə əlaqəda qeyd etdi ki: “Əhmədov Şamil 6 saylı liseyin təssərrüfat məsələləri üzrə direktor müavini kimi 10 ildən artıq vaxtda işləyir. Onun işdən azad olunmasında əsas olan Əmək məcəlləsinin 70-ci maddəsinin “C” –də qeyd olunur- 
Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları, c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
O işinin öhdəsindən tam gəlir,dəfələrlə yaxşı işçi kimi təltif olunmuşdur. Buna görə onun işdən azad edilməsində Əmək məcəlləsinin 70-ci maddəsinin “C”bəndinin tətbiq edilməsi əsassızdır. 1997-ci ildə verilən əmrdə də qeyd olunur ki, təssərrüfat işçiləri ali və orta təhsilli ola bilər. Eyni zamanda 1997-ci ildə verilən əmrin lisey direktorunun indi yadına düşməsi ondan xəbər verir ki, direktor Yeganə Əliyeva qərəzli mövqey tutur və vəzifə şəlahiyyətlərindən sui istifadə və vəzifə saxtakarlığı edir ki, buda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308 və 313 maddələrinə ziddir. Biz məhkəməyə müraciət edəcəyik.”
Məsələ ilə əlaqədar Təhsil Nazirliyi ilə əlaqə saxlayıq mövqeylərini öyrənə bilmədik. Hətta 146-1 qaynar xəttə belə cavab verən olmadı.

Bizimlə əlaqə saxlayın