Yeni sosial lahiyəyə start verilir "Limitləri aşmağın vaxtıdır"

11, 02, 21
08:04

Yeni sosial lahiyəyə start verilir "Limitləri aşmağın vaxtıdır"


“Dadashsoy Business School”-un təşkilatçılığı ilə 21 fevral tarixində 10.000 nəfərə yaxın insanın iştirak edəcəyi “Limitsiz” biznes tədbiri keçiriləcəkdir. Tədbirin prioritet mövzuları Azərbaycanda, o cümlədən Qarabağda “start-up” vərdişlərinin formalaşması, Qarabağa beyin köçünün həyata keçirilməsi üçün görülə biləcək tədbirlər, innovasiyaların və texnoloji yeniliklərin dövlətin, sahibkarların və eləcə də, fərdlərin həyatındakı rolu kimi vacib məsələlərdir. Tədbirdə çıxış etmələri üçün müvafiq mövzular üzrə peşəkar yanaşmaya sahib spikerlər dəvət olunmuşdur.

Spikerlərin arasında Fərid Pərdəşünas, Firdovsi Kərimov və Rəna Sultanovna da yer alır. Tədbirdə kimlər iştirak edə bilər? - Beynindəki limitləri aşmaq istəyənlər; - Özünü hər tərəfli inkişaf etdirmək istəyənlər; - “Yaxşı ideyalarım var, amma haradan başlayacağımı bilmirəm” deyənlər; - Ölkədə “start-up” mədəniyyətini formalaşdırmaqda maraqlı olanlar; - Texnologiya həvəskarları; - Gənc sahibkarlar; - Bütün gənclər və özünü gənc hiss edənlər. Tədbirə qoşulmaq üçün yerinizi indidən rezerv edə bilərsiniz.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın