Zuckerberq və Maskın öyrənmə texnikası: 20 saata hər şeyi öyrənmək mümkündür

14, 06, 18
18:53

Zuckerberq və Maskın öyrənmə texnikası: 20 saata hər şeyi öyrənmək mümkündür

Zuckerberq və Maskın öyrənmə texnikası: 20 saata hər şeyi öyrənmək mümkündür

 
Günümüz dünyasında məlumata çatmaq olduqca asandır. Amma məlumatı sözün tam mənasında öyrənib, mütəxəssislik sahəsi halına gətirmək hamımız üçün çətin bir sürəcdir. Amma uğura çatmış insanlar, məsələn, Zuckerberg və Elon Mask kimi insanlar necə bu gənc yaşlarında özlərini hərtərəfli hala gətirə bildilər?
Bu sualın cavabı heç də onların qeyri-adi zəkaları və ya insan gücü xaricindəki bir çalışma müddəti deyil. Əslində cavabı hər kəsin həyatında tətbiq edə biləcəyi asan bir üsulu intizamlı bir şəkildə öz həyatlarına tətbiq etmələrindən ibarətdir.
Elm adamı və yazar olan Coş Kauffmana görə, öyrənmək istədiyiniz hər nədirsə - bu, bir musiqi aləti ifa etmək, yeni bir dil və ya bir mövzu haqqında ixtisaslaşmaq – bütün bunları 20 saatda tamamlamaq mümkündür. Coş Kauffman, bu öyrənmə müddətini uğurla baş tutması üçün ilk olaraq intizamlı şəkildə ona riayət etmənin vacibliyini deyib. Bu öyrənmə şəkli ilə ixtisaslaşmaq istədiyiniz sahəyə gündə orta hesabla 45 dəqiqə çalışmanız yetərlidir.
Burada önəmli olan çalışacağınız müddəti gerçəkdən də fokuslanaraq və sadəcə öyrənmək istədiyiniz mövzu ilə bağlı araşdırmalar edərək keçirməkdir. Qısacası, var olan 20 saatınızı günlərə bölərək, ən məhsuldar şəkildə dəyərləndirməniz lazımdır.
Yazar Kauffman, bu mövzuda Amerika Birləşmiş Dövləti qurucularından Benjamin Franklinin öyrənmə üsuluna da diqqət çəkir. Belə ki, B.Franklin “Planlı Öyrənmə” adını verdiyi bu üsulla sadəcə 3 il ala bildiyi məktəb təhsili boşluğunu yetərincə doldurmağı başara bilmiş bir insandır.

Onun texnikası “5 Saat qaydası” olaraq da qəbul edilir. Bu texnika əslində təxminən 20 saat qaydası ilə eynidir. Çünki B.Franklin bazar ertəsindən cümə gününə qədər qoyduğu hədəflər əsasında bir saatını öyrənmək istədiyi mövzuya ayıraraq 1 ayın sonunda yetərli potensiala sahib olmağa nail olurdu.
Sevinc, musavat.com

Bizimlə əlaqə saxlayın