Axar.az-ın baş redaktoru Anar Niftəliyev şairi məhkəməyə verdi - Həbs etdirmək istəyir?

09, 05, 23
10:00

Axar.az-ın baş redaktoru Anar Niftəliyev şairi məhkəməyə verdi - Həbs etdirmək istəyir?


Axar.az saytının baş redaktoru Anar Niftəliyev şair Anar Amini məhkəməyə verib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu haqqda tanınmış şair Mübariz Məsimoğlu özünün facebook hesabında məlumat yayıb. Mübariz Mənsimoğlu bildirir ki, Anar Niftəliyev də yazı-pozu adamıdır. Amma şair deyil. Çünki bir az məmurluğu var. Sayman Aruz haqqında ağlına gələni yazıb. Sübutsuz-filansız onu agent adlandırıb.

Anar Amin şair həmkarını müdafiə edərək Anar Niftəliyevə cavab yazıb, yazılan cavab da etik çərçivəsində olmayıb, Anar Niftəliyev Daxili İşlər Nazirliyinə müraciət edib, adaşının tutulmasını tələb istəyib. Anar Amin Polis idarələrində sorğu-suala çəkilib. Tanınmış söz adamları Anar Niftəliyevdən xahiş ediblər ki, ərizəsini geri götürsün, üç körpə balası olan istedadlı və sadəlövh bir şairin üstünə bu qədər getməsin. Niftəliyev isə Nuh deyib, amma peyğəmbər deməyib. Əl- qərəz, məsələnin o mərhələsində Azərbaycan polisi və məhkəməsi Niftəliyevdən insaflı çıxıb. Onu ərizəsini rədd ediblər. 

Anar Niftəliyev

Amma aradan axan bu uzun zamanda Niftəliyevin hirsi soyumayıb. İndi o, adaşını tutdurmaq üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin148-ci maddəsinə söykənib. Yəni Xüsusi ittiham qaydasında Səbail rayon məhkəməsinə müraciət edib, şairin cəzalandırılmasını istəyib. Ərizəsi Səbail Rayon Məhkəməsində qeydiyyatdan keçib. Hazırlıq iclası 10 may 2023- cü ilə təyin edilib. Daha sonra Mübariz Məsimoğlu qeyd edir ki, Anar Aminin yazısında bir az kobudluq var, amma onu yaxından tanıya bizlər çox yaxşı bilirik ki, ürəyində zərrə qədər kiməsə qarşı kin- küdurət yoxdur.

Mübariz Məsimoğlu 
 
Anar Niftəliyevə qarşı da qəzəbli deyil. Anar Amin onsuz da səhvini başa düşüb. Cəzanın da məqsədi adamı tərbiyə etməkdir. İndi   islah olunmuş şairi zorən islah etdirmək iddiasında bulunmağın özü artıq Anar Niftəliyevə heç də baş ucalığı gətirmir. Bu qədər yazı-pozu adamının sözünü yerə salaraq, bir şairi tutdurmaq xəyalında qəflət yuxusuna dalaraq ifrata varmaq Niftəliyevin anarlığına yox, anmazlığına dəlalət edir artıq.

Anar Amin

Bu yazını yazmaqda da məqsədim Anar Niftəliyevin yadına bir atalar sözünü salmaqdır. "Qanı suyla yuyarlar, qanla yumazlar". Anar Amin bütün söz adamları üçün çox dəyərli bir şairdir. Bu və digər səbəblərdən Niftəliyev böyüklük edib hakimə əziyyət vermədən ərizəsini özü geri götürsə çox yaxşı olar. Belə məsləhətdir.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın