Aslan Həmidli yazır: Azərbaycan siyasətinin üz qarası və ya Anar Əsədlinin iç üzü…

04, 05, 23
09:00

Aslan Həmidli yazır: Azərbaycan siyasətinin üz qarası və ya Anar Əsədlinin iç üzü…


Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli. Bu ad çoxlarına tanışdı. 

Bir müddət AY Partiyası sədri Anar Əsədli etdiyi dələduzluğu siyasi basqı adı ilə ictimaiyyətə təqdim etməyə, cəmiyyətin fikirlərini qarışdırmağa və hökümətin ona “təzyiq etməsi” kimi qələmə verərək özünə düşdüyü vəziyyətdən divident qazanmağa çalışdı. O, xalqımızın həssaslığından, hər zaman məzlumun yanında dayanmasından bu dəfə də dələduzcasına istifadə etməyə çalışdı. Amma bu dəfə alınmadı! 

Xalq artıq bu formalı siyasi dələduzların iç üzünü rahatlıqla görüb və bu tip oyunlardan bezib. 

İstər Anar Əsədli olsun, istərsə də Əli Kərimli - artıq bu şəxslərin heç bir sözünün xalq arasında əhəmiyyəti, ciddiliyi qalmayıb… 

İctimai-siyasi sektorda olan hər kəs bilir ki, Anar Əsədli adlı dələduz partiyada vəzifələrə təyin etdiyi şəxsləri belə onların nə qədər pulu olması kriteryası ilə təyin edirdi. Bu hər kəsə məlumdur. Bir müddət jurnalistləri, qələm və söz sahiblərini bir yerə yığaraq, onlara bəh-bəhli hədiyyələr verən, məclislər təşkil edən, “rent a car”dan lüks avtomobillər icarəyə götürərək məhz dələduzlara xas olacaq üslubda ətrafında olan maddi imkanlı şəxslərin etimadını qazanaraq cəmiyyətin gözünə kül üfürən bu dələduz nəhayət ifşa edildi.

Çox üzücüdür ki, belə xislətli insanlar Azərbaycan siyasətinə soxula bilmiş, ölkədə olan liberal siyasi mühitdən faydalanaraq partiya sədri statusu əldə edə bilmişlər. Düşünürəm ki, Azərbaycan siyasətində belə dələduz şəxslərin mövcud olması Azərbaycan siyasi sistemində olan bütün partiyalar tərəfindən qınanmalı və bu tip şəxslərə yerləri göstərilməlidir… 

Anar Əsədli kimi qaranlıq keçmişə və qaranlıq gələcəyə sahib şəxslər siyasətə gəlmədən, siyasətdən getməlidir. Necə ki, Əsədli timsalında getdi də… İnsanları aldadan, onların güvənlərindən sui-istifadə edən şəxs necə olar bilərdi ki, kimlərəsə rəhbərlik etsin?! Zatən dələduzluq yolu ilə əldə etdiyi maliyyə hesabına yığdığı partiya artıq yox dərəcəsindədir.

Qəbul olunan yeni siyasi partiyalar haqqında qanun açıq-aşkar deməyə əsas verir ki, bu cür şəxslər artıq siyasi fəaliyyət adı altında gizlənə və bundan sonra öz çirkin əməllərini “siyasi partiya lideri” adı altında gizlədə bilməyəcəkdir!   

Ümid edirəm ki, Anar Əsədli etdiyi dələduzluq əməlindən peşman olub, çəkdiyi cəza ilə islah olacaqdır. Hər halda bizdən ümid etmək qalır…

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın