Əli Kərimlinin 1 aprel zarafatı: AXCP ali məclisinin iclası yoxsa Kərimli şousu

01, 04, 23
16:00

Əli Kərimlinin 1 aprel zarafatı: AXCP ali məclisinin iclası yoxsa Kərimli şousu


Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 aprel "Səfehlər günü" dür. Fransada isə "balıq günü" adlandırırlar bu günü. Azərbaycanda isə 1 aprelə yalan danışma günü deyirlər. "Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri, Keçmiş AXCP sədrliyinə namizəd Sahib Kərimli bu gün keçirilən keçmiş partıyasının sessiyasına münasibət bildirərkən özünün facebook hesabında yazıb. Sahib Kərimli həmçinin AXCP sədiri Əli Kərimlinində ünvanına sərt ittihamlar səsləndirib.

Sahib Kərimli 

AXCP yə Ali Məclisin iclasını keçirmək, gövdə göstərmək üçün yer ayrılacağını 20 gün öncə yazmışdım.

Əslində, normal hesab edirəm. Regionumuz və ölkəmiz gərgin hərbi-siyasi mərhələyə daxil olur. Belə bir dönəmdə AXCP dövlət gerbinin altına gəlib. Görüntüdən aydındır ki, bu mesaj verilir. Belə olmasa, AXCP yə belə zal ayırarlar? Olsun, dövlətimizin təhlükəsizliyi üçün gərəkli hesab olunub.

Amma bundan sonra Əli Kərimli və tərəfdarları, "avtobus müxalifəti", "əyilməyən yeganə lider" söhbətlərini yığışdırmalıdır. Siyasətin standartları dəyişibsə, kurs yenilənirsə, səmimi etiraf olmalıdır. Əli Kərimli camaatın başına vurulan dəyənək rolunda qala bilməz. Heç camaat da bundan sonra bu işə dözüm göstərməyəcək...

Başqa bir məqam da diqqətimi çəkdi, yazım. Zal möhtəşəm, əyin-baş, vid-fason görkəmli. Bəs, Rəsulzadə, Elçibəy və AXCP bayrağı niyə bu qədər tutqun, əzik-üzükdür?

Dialoq normal, geosiyasi şərtlərə görə kursu dəyişmək də təqdirolunmalı hal hesab oluna bilər. Amma ideologiyanı, yolu  hakimiyyətin ayağının altına atmaq niyyətiylə edilən əməl varsa, cəzası olmalıdır.

Məsələn, mən arzu edərdim ki, bu yeni münasibətlər sistemində baş tutan tədbirin tribunasında, həm Rəsulzadənin, həm Heydər Əliyevin, həm də Elçibəyin böyük fotoları asılardı. Bu olardı yalan yox, gerçək iş.

Azərbaycanda 1 aprel yalan danışma günüdür. Çünki bu qədər yalan olan ölkədə, yalanın ad günü mütləq olmalıdır.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın