Düzgün Atalı: İran məqsədinə çatmaq üçün ölkəmizdə qarşıdurma yaratmağa cəhdlər edir - MOLLA RÜZGARI?

29, 03, 23
15:00

Düzgün Atalı: İran məqsədinə çatmaq üçün ölkəmizdə qarşıdurma yaratmağa cəhdlər edir - MOLLA RÜZGARI?


Hər kəsə bəllidir ki, ölkəmizdə Qumdan idarə olunan separatçı cəsus şəbəkəsi fəaliyyət göstərir. Onların məqsədi Azərbaycanda dünyəvi (sekulyar) dövlət quruluşunu devirərək, farsçılığa xidmət edən “Kərimə” dövləti yaratmaqdır. İran dövləti məqsədlərinə çatmaq üçün ölkəmizdə məhzəb qarşıdurması yaratmağa cəhdlər də edir.

Elə bu səbəbdən də, İran xüsusi xidmət orqanlarına xidmət edən cəsuslar və separtçılar dövlətinə bağlı olan kəsimlərin üzərinə din adı ilə hücum edirlər. Son vaxtlar, dövlətin həyata keçirdiyi bəzi tədbirlər təqdirəlayiqdir. Xüsusilə, DTX tərəfdən, dövlətimizə qarşı xainlik edən şəbəkəyə qarşı olan əməliyyat tədbirləri öz bəhrəsini vermək üzrədir.

DTX tərəfindən ifşa olan şəbəkə artıq öz cildini dəyişməyə vadar olub. İndi isə həmin məxluqatlar  libaslarını dəyişərək başqa bir libasa bürünüblər. Nə qədər gülünc olsalar da, onlar dövlətin və dövlətini sevən kəsimlərin üzərinə demokrat kimi getmək istəyirlər. Ancaq alınan deyil. Onların kim olduğu cəmiyyətə bəllidir.

Təəssüflər olsun ki, onları bu işdə müdafiə edənlər özlərini cəmiyyətə demokrat kimi sırıyırlar. Belə “demokrat”lar, bilərəkdən, ya bilməyərəkdən cəsuslara etdikləri yardımı insan haqlarının müdafiəsi pərdəsi altında edirlər.  Guya hamının cəsus kimi tanıdığı xainlərin haqları pozulur...

Son müşahidələrdən belə anlamaq olur ki, “dindarları tuturlar!”- haray-həşiri salanlar, heç də doğru-düzgün adamlar deyillər. Doğru olan kəslər belə bir situasiyada dövlətinin yanında olar, dövlətini dəstəkləyər. Çünki bu dövlət hər birimizindir.

Çox güman ki, vay-şivən salanlar, həmin cəsus və separtçılarla bir başa əlaqəlidirlərlər. Hətta xaricdə olan bəzi blogerlərlin, din altında gizlənən separatçıları və Qumdan idarə olunan dindarları  üsyana çağırması, - bəzi məkirli  planlardan xəbər verir.

DTX  həmin insanları da nəzarətə götürüb araşdırma aparmalıdır. Yoxsa, onların hay-küylü araqarışdırmalarından dövlətimizə olan vətəndaş güvəni böyük bir zədə ala bilər.

P.S. Bir neçə gün əvvəl yazdığım yazıdır. Millət Vəkili Fazil Mustafaya qarşı olan teror hadisəsi, bu, yazımın aktuallığını bir daha təsdiq etdi.

Əlavəm: İranla əlaqəsi olan hər bir kəs, başda  Məşədilər, Kəlbalar, özlərini şübhəli aparan Hacılar, insan haqlarını qorumaq adı ilə irana cəsurluq edən kəsləri müdafiə edənlər -  DTX tərəfindən ciddi nəzarətə götürülüb fəaliyyətiləri araşdırılmalıdır. İçtimaiət, vətən naminə sadaladığım insanları nəzarətdə saxlamağa borcludur.  

 AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın