BAŞ PROKUROR İLYAS İSMAYILOVLA GÖRÜŞÜB - Medal təqdim edib (FOTOLAR)

22, 03, 23
17:00

BAŞ PROKUROR İLYAS İSMAYILOVLA GÖRÜŞÜB - Medal təqdim edib (FOTOLAR)


Martın 20-də Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovla görüşüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, K.Əliyev Baş Prokurorluğun kollektivi adından təbriklərini və xoş arzularını çatdırıb, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

Görüşdə zamanı K. Əliyev və İ.İsmayılov xatirələrini bölüşüb, səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.






AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın