Fars-molla rejiminin SON ÇABALARI - Rəhmətlik SSRİ də belə eliyirdi...

22, 03, 23
19:00

Fars-molla rejiminin SON ÇABALARI - Rəhmətlik SSRİ də belə eliyirdi...


İran Azərbaycanla sərhəddə hərbi hava qüvvələrini normaldan döyüş hazırlığına keçirib.

Bu barədə İran teleqram kanallarında məlumat yayılıb.

Bildirilir ki, İran Təbrizdəki aviabazasını tam hazırlıq vəziyyətinə gətirib.

Ölkənin hərbi hava qüvvələri İran və Azərbaycan sərhədində patrul xidməti aparmaq üçün normaldan döyüş hazırlığına keçirilib.

***

Biz də əməlli-başlı qorxduq.

Deyəsən, bu fars-molla rejiminin başında oturanlar tam başlarını itiriblər. Hər halda, gördükləri TƏDBİRLƏRİN (buna qədər də sərhədimizin üzərində manevr etmişdilər...) Azərbaycan dövlətində hansısa formada QORXU effekti yaradacağını düşünürlərsə, yanılırlar. Çünki hələ də işin mahiyyətini çöxə bilməyiblər.

***

Neçə müddətdir, Azərbaycanda bütün rəsmi və ya qeyri-rəsmi təbliğat maşını Güney Azərbaycan və Bütöv Azərbaycan ideyalarını ifadə edən bir təbliğat kampaniyası sürdürür.

Neçə müddətdir, Azərbaycan-İran münasibətlərində hansısa diplomatik dil yox, açıq münasibətlər hakimdir. Yəni nəyi bnecə var elə də deyirik, elə də eşidirik. Bunu elə mollaların Tehrandakı səfirliyimizə vəhşi hücumundan da gördük, görməkdəyik...

Neçə müddətdir tərəflərin heç biri, xüsusən də rəsmi Bakı ciddi formada münasibətlərin qaydaya salınmasına, ən azından əvvəlki vəziyyətə gətirilməsinə çaba göstərmir...

Kİ, bu və digər faktorlar səbəbindən hər şey tam olaraq aydındır.

***

Belə olan təqdirdə Azərbaycanı bu şəkildə qorxuzmaq anlamsızdır. Əksinə, bu kimi təzahürlərlə fars-molla rejimini hansı səviyyədə aşağı hərbi imkanlara malik olduğunu nümayiş etdirir. Necə ki sərhədimizi Arazın üstündən keçməyə çalışan tankları ilişib qalmışdı, indi da İran HHQ-nin texniki imkanlarının heç də iddia olunduğu kimi olmadığı ifşa olundu.

Elə rəhmətlik SSRİ də bu durumda idi və elə rəhmətlik SSRİ də belə eliyirdi... Ömürünn son çağlarında...

Fars-molla rejiminin də aqibəti Sovet İmperiyasının aqibəti kimi olacaq. Bu qaçılmazdır.

***

Burada maraqlı bir faktı da bilmək lazımdır. SSRİ-nin dağılmasında Azərbaycan türklərinin rolu, iştitrakları, başlatdıqları hərəkat müstəsna hesab olunur... Neçə illərdir İranı dağıtmaq istəyən qüvvələ də nəhayətdə anladılar ki, digər ŞƏR DÖVLƏTİ olan İİR-nın da süqutunda favorit qüvvə məhz bizim millətdir. İnşallah ki, millətimizin davası da qələbə ilə yekunlaşacaq.

Farsların hərbə-zorbasını isə vecinizə də almayın...

Həm də elə bu zorbanın 70 faizinin bizə aid olması səbəbindən...

Məhəmməd ƏRSOY


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 
 

Bizimlə əlaqə saxlayın