Elçin Əmraslanovun qızı: Atam 27 ildir həbsdədir, xəstədir, ölkə başçısından xahış edirəm, atamı əfv edin - VİDEO
27 ildir ki, həbsxana həyatı yaşayan keçmiş amonçu Elçin Əmraslanovun qızı Əmiraslanova Aytac video - müraciət edərək atasının uzun müddətdir həbsxanada cəza çəkdiyini və artıq ağır xəstə olduğunu bildirib.
"Azərbaycan Reallığı" xəbər verir ki, o, dəfələrlə adiyyatı üzrə dövlət orqanlarına müraciət etsə də müsbət cavab ala bilməyib.
"Atamın cinayəti olsa da hesab edirəm ki, o artıq cəzasın çekib, artıq 27 ildir həbsdədir, ölkə başçısı cənab İlham Əliyevdən xahış edirəm, atamı əfv etsin" - deyə video - müraciətində bildirib.
"Azərbaycan Reallığı" sözü gedən videonu təqdim edir:
AZƏRBAYCANREALLIĞI.COM
Bizimlə əlaqə WhatsApp (055) 8288841