KOD ADI İFŞA: "Feminist"lərin MƏKRLİ PLANI - ƏTRAFLI

09, 03, 23
10:00

KOD ADI İFŞA: "Feminist"lərin MƏKRLİ PLANI - ƏTRAFLI


Son hadisələr göstərdi ki, Azərbaycan cəmiyyəti ağı qaradan seçməyi yaxşı bacarır. Humanizm və insanlıq prinsipləri qanımıza hopduğundan bəzən layiq olmayanlara həddindən artıq diqqət göstərsək də, necə deyərlər, həqiqətlər gec-tez üzə çıxır. Özünü cəmiyyətə “müsbət qəhrəman” kimi sırıyan Bəxtiyar Hacıyevin “hekayə”sində olduğu kimi… Uzun illər “Harvard” məzunu, “cool boy”, “həqiqət çarçısı”, “demokratiya təəssübkeşi” kimi qəbul edilən Hacıyevin əslində “qadın manyakı”, “pedofil” “saxtakar” olduğunu cəmiyyətin bəzi nümayəndələri bir az gec anlasa da, yavaş-yavaş haqq öz yerini tapır. 

Dostunun xanımına göz dikən, onlarla evli qadını “yoldan çıxaran”, eyş-işrət və əxlaqsızlığı adət halına çevirən, bütün bunlar azmış kimi, hətta azyaşlı qızlara da tamah salan Bəxtiyar Hacıyevi artıq heç kim müdafiə etmir. Bir zamanlar onun azadlığa çıxması üçün mübarizə aparan yaxınları və dostları da cəmiyyətdə “pedofil Hacıyev” görmək istəmədiklərindən onu çıxdaş edirlər.

Hətta “Harvard Bəxtiyarı” tənqid etmək üçün növbəyə düzülənlərin sayı-hesabı da yoxdur. El misalında deyildiyi kimi, “yalan ayaq tutar amma yeriməz”, yaxud “fahişəliklə yalanın ömrü 40 gün çəkər”. Təəssüflər olsun ki, Bəxtiyar Hacıyevin cəmiyyətə danışdığı yalanların və etdiyi əxlaqsızlıqların ömrü illərlə uzansa da, nəhayət buna son qoyuldu. “Cool boy” bir günün içində “bad boy”a çevrildi, “Harvard” imici isə yerlə bir oldu. Qısacası, haqq-ədalət öz yerini tapdı və yuxarıda qeyd etdiyim kimi, cəmiyyət ağı qaradan seçməyi bacardı.

Amma hələ Azərbaycan cəmiyyətini narahat edən başqa bir bəladan, “feminist qadınlar” məngənəsindən yaxa qurtara bilmirik. Yox, məqsədim feminizmi gözdən salmaq və ya bu ideologiya ilə bağlı tənqidi məqamlara toxunmaq deyil. Sözüm özünü cəmiyyətə feminist kimi sırıyan, əslində isə bu ideologiyadan anlayışı olmayan, xarici qrantlar hesabına cəmiyyətdə əxlaqsızlığı və saxtakarlığı yayan “azərbaycanlı feministlər” toplusunadır. Hərçənd sayları o qədər çox olmadığından onları toplum adlandırmaq da düzgün sayılmır.

Deməli, bu “feministlər” qadın hüquq və azadlıqlarından, gender bərabərliyindən ağız dolusu danışsalar da, özləri “Bəxtiyar” kimi gədaların “qılıncının altından” keçmək üçün növbəyə düzülürlər. Azərbaycan “feminist qadınlar” siyasıhının ön sıralarında yer alan Nərmin Şahmarzadənin və digərlərinin “Batya” ilə “eş məcara”ları haqda sosial mediada yetərincə video və foto materiallar yayıldığı üçün təfərrüatlara varmaq istəmirəm.

Hərçənd feministlər guya patriarxat sistemə qarşı çıxdıqlarını bəyan etsələr də, özlərinə eyş-işrət qadağası qoymurlar. Üstəlik, onların təşkil etdiyi aksiyaların önündə saqqallı gənclərin yeriməsi “feminist”ləri sözün əsl mənasında ifşa edir. Üzdə feminist, gizlində isə “Batya”ların qoynunda kef edən bu insanlar daha sonra cəmiyyəti və dövləti qadın hüquq və azadlıqlarını pozmaqda günahlandırır.  

Aydındır ki, “azad seks”i və “sərbəst həyat”ı təbliğ edən bu tip insanlardan cəmiyyətin heç bir nümunə götürməsi mümkün deyil. Amma necə deyərlər, “milçək özü bir şey olmasa da, ürək bulandırır”. Qısacası, onların məqsədi qadınların hüquq və azadlıqlarının müdafiəsi deyil. Qərbdən maliyyələşən “azərbaycanlı feministlər” cinslərarası qarşıdurmanı şiddətləndirmək, vətəndaşların cinsi düşüncələrini darmadağın etmək, ənənəvi ailə institutunun və dəyərlərinin məhvini tezləşdirmək üçün çalışırlar. Amma məkrli plan heç vaxt baş tutmayacaq. Səbəb isə çox sadədir, həqiqət gec-tez üzə çıxır və Azərbaycan cəmiyyəti ağı qaradan seçməyi yaxşı bacarır.

AZƏRBAYCANREALLIĞI.COM   
 
Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın