İTTİHAMIN MÜDAFİƏ EDİLMƏSİNDƏ YENİ KEYFİYYƏT MƏRHƏLƏSİ

03, 03, 23
08:00

İTTİHAMIN MÜDAFİƏ EDİLMƏSİNDƏ YENİ KEYFİYYƏT MƏRHƏLƏSİ


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ümümiyyətlə cəzanın yüngüıləşdirilməsi barədə həyata keçirdiyi siyasət də getgedə öz bəhrəsini verməkdədir. Məhkəmə sistemində aparan islahatlar göz qabağındadır.

Aşkarlıq siyasəti, qanunçuluğa riayət edilməsi artıq geridönməz bir hala gəlmişdir. Elə bu məqamda özümün şəxsən manitorinqim nəticəsində apardığım müşahidələr əsasən gəldiyim bir qənaətimi də burada qeyd etməyi özümə borc bilirəm.

Baş prokurorluğun ittihamın müdafiəsi idarəsi də cənab Prezidentin hüquq mühafizə sistemləri sahəsində aparılması gərəkən kursu yaxşı mənada məhkəmə prosesində davam etdirir.

İttihamı müdafiə edən prokurorlar öz peşəsinin sirlərinə dərindən bələd olmaqla yanaşı, aşkarlıq prosesində dartışma müstəvisində  sübut növlərinin hər birini ağlabatan şəkildə müdafiə edirlər. Qanunun aliliyini əldə rəhbər tuturlar.

Təqsirkar şəxslərin faktla ram edilməsinə üstünlük verirlər. Bütün bunların hamısı cəza sisteminin hümanistləşdirilməsinə dəlalət edən amillər cərgəsində duran işlərdir. Cinayətin cəzasız qalmaması, eyni zamanda cinayətin baş vermə mühitinin də aradan qaldırılması qarşıda duran məsələlərdəndir. Bu sahədə bütün prokurorlara uğurlar diləyirəm.

Zalov imza TV alyansın direktori, beynəlxalq hüquq eksperti İsmayıl Zalov.

Bizimlə əlaqə saxlayın