Düzgün Atalı: Milli-mənəvi dəyərlər adı ilə yad ideologiyaları millətə sırıyıb cəhalət bataqlığına sürükləyirlər

04, 03, 23
20:00

Düzgün Atalı: Milli-mənəvi dəyərlər adı ilə yad ideologiyaları millətə sırıyıb cəhalət bataqlığına sürükləyirlər


İnsanların içində böyük bir boşluq yaranıb. Bu səbəbdən də millət sürətlə deqradasiyaya uğrayır. Milli-mənəvi dəyərlər adı ilə yad ideologiyaları millətə sırıyıb cəhalət bataqlığına sürükləyirlər. Kütlə isə hələ heç nəyi anlamayan uşaq kimidir, hara yönəldərsən ora da gedəcək.

Ona görə də din xadiminin böyük izdihamla dəfn olunması təəccüb doğurmamalıdır. Təkcə din xadimi yox, hətta qaranlıq dünyaya ad olan avtoritetlər və “qanuni oğru”lar da bu sayaq dəfn olunurlar. Hər kəsə bəllidir ki, ölkəmizdə mollalara, xurafata hörmət əvvəldən olmayıb. Bəs nə baş verdi ki, böyük bir insan kütləsi can-başla dini xurafata sürükləndi?!

Əslində bunun səbəbləri göz qabağındadır, insanları dini xurafata və qaranlıq dünya adamlarına yönəldən çeşidli səbəblər var. Birincisi, xarici xüdmət orqanlarının uzun müddətli, aramsız apardıqları ideoloji təxribatlar. İkincisi, siyasi-ictimai formasiyanın dəyişməsi və bu səbəbdən də insanlar arasında yaranan qeyri-bərabər həyat tərzinə olan dözümsüzlük.  

Ucüncüsü, qanunların işlək olmaması, bəzən də məhkəmələrin yanlış çıxardığı qərarlarla insanların haqsız olaraq incidiməsi. Dördüncüsü, 5-ci kolonun korrupsioner məmurlarının dövlətdən oğurladıqları pullar hesabına azğınlaşıb millətə göz dağı verməsi. Beşincisi və ən əsası, özünü “ziyalı” sayan “elm” adamları, siyası partiya rəhbərləri  kütlənin xoşuna gəlmək üçün riyakarcasına dini xurafatı göylərə qaldırması.

Bax, bu səbəblərdən də ümüdləri hər yerdən üzülən kütlə qaranlıq dünyaya aid olan avtoritetlərə, “qanunu oğru”lara, mövhumat və xurafat oyunbazlarına üz tuturlar. Kütlənin  cəhalətə sürüklənməyin belə yolları xalqın azadlıq mübarizəsini, gələcəyə ümidlərini sıfıra endirməyə hesablanmışdır.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın