Əliyevin Fransaya “Üzr istə!” çağırışının hədəfi - GƏLİŞMƏ

03, 03, 23
16:00

Əliyevin Fransaya “Üzr istə!” çağırışının hədəfi - GƏLİŞMƏ


Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Fransa ilə bağlı çıxışı hər şeydən öncə Parisə mesajdır. Yəni beynəlxalq hüququ tanımayan, müstəmləkəçilik siyasətini davam etdirən Fransanın Qarabağla əlaqədar hansısa bir təkliflə belə çıxış etmək haqqı yoxdur.

Bu sözləri açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov deyib.

Politoloq Azərbaycanın öz haqlarını qorumaq üçün beynəlxalq hüquq çərçivəsində bütün imkanlardan istifadə edəcəyini vurğulayıb:

“Ölkə başçısının sözləri Fransanın səylərinin destruktiv olduğunu, həm də rəsmi Parisin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasını istəmədiyini göstərir. Əlbəttə, Ermənistanla yüksək səviyyədə münasibətlər qurmaq istəyən ölkələr onu dəstəkləməkdə, erməni xalqını sevməkdə tam sərbəstdirlər. Lakin əgər Qarabağla bağlı dövlətimiz əleyhinə addımların atılması bu münasibətlərin tərkib hissəsi olsa, Azərbaycan bunlara layiqli cavab vermək üçün bütün imkanlardan istifadə edəcək. İlham Əliyevin Qoşulmama Hərakatının platformasından istifadə edərək Fransaya verdiyi mesajın da əsl səbəbi budur”.

Qeyd edək ki, İlham Əliyev Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki giriş nitqində Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəklədiyini bildirib.

Prezident Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırıb. Ölkə başçısı eyni zamanda Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırıb. 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın