SƏFİRLİYİMİZƏ OLUNAN HÜCUM BEYNALXALQ HÜQUQUN BÜTÜN NORMALARINI POZAN TERRORDUR

28, 01, 23
10:00

SƏFİRLİYİMİZƏ OLUNAN HÜCUM BEYNALXALQ HÜQUQUN BÜTÜN NORMALARINI POZAN TERRORDUR


 İçtimai Feal Səxavət İsmayıl: Azərbaycanın İrandakı səfirliyinə olunan hücum, beynalxalq hüququn bütün  normalarını pozan terrordur.

Azərbaycan Reallığına danışan Səxavət İsmayıl Azərbaycanın İrandaki səfirliyində baş verənləri İran Ali Dini Lideri Ayətullah Xomineyi, İran Prezidenti Ruhanı və İran xususi kəşfiyyat orqanlarının sifarişi ilə icra olunduğunu deyir. 

Azərbaycanın irandakı səfirliyində törədilmiş terroru, ölkəmizə qarşı ciddi rəxribat hesab edirem. Şübhəsiz ki, bu terrorun sifarişcisi başinda şər yuvası gəzdirən, xomineyi və iran şeytan respublikasının prezidenti rəisinin xususi göstərişi ilə icra olunub. Azərbaycanın mustəqilliyini, ərazi bütövlüyünü, inkişafını gözü götürməyən xain, quldur iran hakimiyyəti çıxış yolunu səfirliyimizdə terror torətməkdə gördü.

Zaman zaman ölkəmizdə inanclı insanlardan suii istifadə edən qara məkirli iran hakimiyyəti və xususi kəşfiyyat orqanları, fanat " dindarları" muxtəlif adlar altında təşkilatlandırıb, onlara maliyyə dəstəyi verib ölkəmizdə sabitliyi pozmaga hesablanmiş addımlar atmaglarına şəraitlər yaratmişdi.

Azərbaycan Dövlət Təhlukəsizlik Xidmətinin uğurlu əməliyyatlarıyla ölkəmizdəki, iran xususi kəşfiyyat orqanları ilə sıx əməkdaşlıq edən  casus şəbəkələri ifşa olunub və barələrdində qanunamuvafiq tədbirlər görülüb.

44 günlük vətən muharibəsi dövründə dünyanın gözü qarşısında İran hakimiyyəti Ermənistana gizli yollarla silah daşımağla məşğul idi. Iranın Azərbaycanla sərhəddə keçirtdiyi hərbi təlimlərdən tutmuş, müsəlman məscidlərində donuz saxlayan Ermenistan Baş Naziri Nikol Paşinyana aciq aşkar dəstək verməsi, iran hakimiyyətinin Azərbaycana aqressiyasindan xəbər verirdi. 1992 ci ildə fətirin arasında bizə İmam Hüseyn ehsanı verən iran, erməninin tankına salyarka doldururdu. Umumiyyətcə Iran Azərbaycana qarşı heç vaxt dost qardaş mövqeyində olmayıb.

Baş vermiş hadisə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin və ölkəmizin  hüquq mühafizə orqanları tərəfindən ciddi nəzarətə götürülüb. Hər halda uğurlu addımlar atilacaq!

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841   
 

Bizimlə əlaqə saxlayın