LAÇIN YOLUNDA HƏRƏKATIN 40 GÜNÜ: ARAİKLƏR BLOKADADA – ŞƏRH

Siyasət / Manşet
 20-01-2023, 14:00     422


Laçın koridorunda ekofəalların keçirdiyi aksiyanın 40 günü tamam olur. "Azərbaycan Reallığı" məlumat verir ki, 40 günün nəticələri var. Bu haqda saytımıza danışan hüquq müdafiəçisi Xəzər Teyyublu qeyd edib ki, QHT təmsilçilərinin dəhlizdə keçirdiyi protest nəticəsində qızıl mədənlərində iş dayanıb, separatçılar üçün yol bağlanıb: “Yoldan hər gün humanitar karvanlar keçir, heç bir maneə yaradılmır.

Xəzər Teyyublu 

Erməni əhalisinə qida, dərman, hər şey çatdırılır. Ancaq Araik, Ruben kimi quldurlar üçün yol bağlıdır. Biz terrorçuları blokadaya salmışıq. Ona görə beynəlxalq təşkilatlar, Avropa Parlamenti və digər qurumlar yaydığı bəyanatlarda məsələləri qarışdırırlar. Onlar öz nümayəndələrini Laçın yoluna göndərsinlər, gəlib müşahidə aparsınlar. Əgər dinc sakinlər üçün humanitar fəlakət yaşanırsa, hesabatlarda qeyd etsinlər. Həmin təşkilatlar Laçın yolunun xəritədə harada olduğunu heç bilmirlər. Ona görə bəyanatlardan qərəz tökülür”.

Hüquq müdafiəçisi hesab edir ki, aksiya tələblər yerinə yetirilənə qədər davam etməlidir: “Araik Bakının tələblərini açıqladı. Burada təkcə qızıl yataqlarından qanunsuz istifadəyə son qoyulması tələbi deyil, yolda mini gömrük postu qurulması, Azərbaycandan bir nümayəndə olması, separatçı ünsürlərin tərki silah edilməsi də var. Ona görə 40 günün nəticələri yaxşıdır, davamı gəlməlidir”.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841