Özünü müxalifət lideri hesab edən Əli Kərimli növbəti dəfə rüsvay oldu - FOTOFAKT

10, 01, 23
13:00

Özünü müxalifət lideri hesab edən Əli Kərimli növbəti dəfə rüsvay oldu - FOTOFAKT


AXCP sədri Əli Kərimli səhvən etdiyi paylaşımla özünü rüsvay edib. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Ə.Kərimli çaşaraq üzvlərə tapşırıq kimi verəcəyi məlumatı özünün feysbuk səhifəsində paylaşıb.

O, paylaşımı 5 dəqiqə sonra silib.

Əli Kərimlinin sözügedən paylaşımda yazıb:


"Mən Maya xanımın yanına ona görə getmədim ki, cəbhəçilərin aclığı başlasın və mən gedib ondan xahiş edim ki, aclığı dayandırsın. Yəni mənim gedib deməyə sözüm olmalıdır. Aclığı başlamağı sürətləndirin. İndidən istilik peçi qurun. Hesabı özümüz ödəyəcəyik. Qorxmasınlar. Təcili hamı pastelini hazırlasın. 5-də - 6-da aclıq başlansın artıq. Mən bu gün 5-də Toplum tv-də olacam. Oradan çıxıb, gedəcəm Tofiq bəygilə.

Təqribən 18:30 - 19:00 arası Tofiq bəygildə olacam. Saqif bəygil o saatlarda getsinlər Tofiq bəygilə. Mən orada tək olmayım. Səadət xanımı və başqa getmək istəyənləri də götürüsünlər. Yəni mən gələnə orada 5-6 nəfər RH üzvü olsun. Təzəxan bəy də olsun. Çalışarıq ki, Maya xanıma aclığı bu gün dayandıraq”.

AXCP sədrinin bu səhvi böyük narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri onu ikiüzlülükdə ittiham edib.  



AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841  
 

Bizimlə əlaqə saxlayın