Danılmaz həqiqətlərin “gün üzünə çıxmasına” çox az qalıb

06, 01, 23
10:00

Danılmaz həqiqətlərin “gün üzünə çıxmasına” çox az qalıb


Danılmaz həqiqətlərin “gün üzünə çıxmasına” çox az qalıb

Ədalət sözünün antonimi, əksi ədalətsizlikdi. Bir də var qanun pərdəsi altında törədilən ədalətsizlik. Təəssüf ki, bəzi vəzifə sahibləri bu yolu tutmaqdan çəkinmirlər. İcra hakimiyyəti başçısı statusunu Abşeron rayonundan başlayaraq Sumqayıt şəhərində davam etdirən Zakir Fərəcov Abşeronu hansı “ağ günə” çıxartdı ki, Azərbaycanın ikinci böyük şəhəri olan Sumqayıtı da yüksək inkişaf etmiş şəhərlər sırasına çıxarsın. O, Sumqayıt Bələdiyyəsinin sədri olduğu vaxtdan bu günədək ancaq sökmək, dağıtmaq, yerlə-yeksan etməklə, mənimsəməklə məşğuldur. Haşiyə: Sumqayıt Bələdiyyəsinin sədri olduğu müddətdə Zakir Fərəcov Simqayıt şəhər 6-cı mikrorayonunda yaşayan sakinlərin öz əlləri ilə ərsəyə gətirdikləri 40-dan çox bar verən 27 illik iydə ağacının olduğu bağa tutduğu divan sakinlərin yadından hələ çıxmayıb. 180 sakinin imzası olan şikayət məktubu elə oradaca cırılaraq küləyə verildi.

Çünki, Zakir Fərəcov həmişə qoçulardan və əli zopalı qulbeçələrdən istifadə edir, bir də məqsədi, məramı bilinməyən pul qoxusunu, rəngini hər şeydən üstün tutan, vicadınını, ləyaqətini, şərəfini bu rəngə satan “jurnalist” adı altında fəaliyyət göstərib, bir cümlə yazmaq iqtidarında olmayanlardan. Yazdıqları söyüşdən, təhqirdən, hədə-qərəzdən ibarət olan yalançı qələm sahibləri, jurnalistika bu deyil, jurnalistika idrakın, təxəyyülün, intellektin, savadın, yaradıcılığın, ədalətin vəhdətidir. Bütün bunlar birlikdə qələmin gücü ilə ortaya qoyulur. Jurnalistika məsləkdir, müqəddəs məslək. Bu böyük ada ləkə olan, jurnalistika məsləyəindən çox-çox uzaqlarda qalan kəsik başlardı onlar. Onlar dəfələrlə qanun qarşısında başlarını əysələr də, sındırılsalar da, əqrəb xislətləri onları tərk etməyib. Ancaq əqrəbin bir xüsusiyyəti də var, son məqamda özü-özünü sancaraq zəhərləyir.

Dəyərli iş adamı Müqayis Verdiyevi tanımayan çox az adam tapılar. Onun keçdiyi həyat yolu, gördüyü quruculuq-abadlıq işləri, saysız-hesabsız xeyirxah əməlləri göz qabağındadır. M.Verdiyevin rəhbərliyi altında təkcə Sumqayıt şəhərində görülən işlər ən böyük tərifə, ən böyük ehtirama layiqdir. İllər öncə Sumqayıt şəhərinin dəniz kənarı hissəsinin hansı bərbad vəziyyətdə olması yəqin ki, heç kəsin yaddından çıxmayıb. Bacarıqlı iş adamı Müqayis Verdiyevin rəhbərliyi ilə qısa bir zaman kəsiyində həmin ərazi əməlli-başlı cənnətə çevrildi. İndi bu ərazi Sumqayıtlıların və şəhərin qonaqlarının ən sevimli istirahət yeridir.

Ancaq Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sonradan görülən bütün işləri öz adında çıxdı. İş adamın və orada çalışan 100-lərlə işçinin haqqını mənimsədi. Müqayis Verdiyev dilə gələndə, haqqını tələb edəndə isə, ona qarşı böhtan kampaniyasına start verildi. Bu kampaniyanın önündə isə, adını mətbuat işçiləri qoyan bəzi qərəzli qələm sahibləri dayanmağa başladı. Məlum qarayaxmalar təəssüf ki, bu gün də davam etdirilrməkdədir. Media adına ləkə olan belə “jurnalist”lər utanmadan, çəkinmədən şər-böhtan yolunu tutub, haqqı nahaqqa qurban verirlər. Məqsəd də aydındır – Zakir Fərəcova yarınmaq...

Ancaq “haqq nazilər, üzülməz” deyiblər. Artıq danılmaz həqiqətlərin “gün üzünə çıxmasına” çox az qalıb. Naxçıvan “xan”ının süqutundan sonra Sumqayıt “sultanı”nın da qələminin qırılacağı heç kəsdə şübhə doğurmur. Görəsən, onda Zakir Fərəcovun fitvası ilə Müqayis Verdiyevi hədəfə alanlar öz yazdıqlarından utanacaqlarmı, vicdan əzabı çəkəcəklərmi? İnanmaq çətindir... Çünki, vicdanlı qələm adamı heç vaxt kiminsə, nəyinsə xatirinə günahsız adama böhtan atmaz...
Davamı var...

"Azərbaycan Reallığı" da, xezertv.info-nun bu yazısını dəyərli oxucularının diqqətinə çatdırır.

 AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın