Laçın dəhlizindəki aksiyada növbəti erməni təxribatı - Azərbaycan siyasətçisi "tanınmış faşist" kimi qələmə verildi

20, 12, 22
12:00

Laçın dəhlizindəki aksiyada növbəti erməni təxribatı - Azərbaycan siyasətçisi "tanınmış faşist" kimi qələmə verildi



Jurnalist Nurlan Cəfəri yazır:

"Laçın dəhlizində baş tutan dinc  aksiyada müxtəlif erməni saxtakarlıqları ilə qarşılaşmaqda davam edirik. Erməni mətbuatı və erməni aktivistlər müxtəlif yollarla aksiyaya kölgə salmağa çalışırlar. Bunun üçün ermənilər  ən çox nifrət etdikləri, çəkindikləri azərbaycanlıları hədəf almağa davam edirlər.

Bir neçə gün öncə tanınmış siyasi şərhçi, Azərbaycanın siyasi sferasında milliyyətçi siyasətçilərdən ən öndə gedəni, "Hilal" sosial araşdırmalar ictimai birliyinin sədri Arzuman Abdulkərimovun aksiyadakı fotosunu tanınmış  "Ararat" teleqram kanalı yayımlayaraq haqqında qərəzli və böhtan dolu məlumatlar yaymağa başlayıb. Belə ki, onlar Arzuman Abdulkərimovun kimliyini belə araşdırıb haqqında bütün məlumatları əldə etdikdən sonra paylaşımlar etməyə başlayıblar. 

Belə ki, sözügedən kanal A. Abdulkərimovun "bozqudr" simgəsi tutduğu fotonu "Fotoda soldan sağa" bozqudr işarəsi göstərən işarələnmiş şəxs, "Hilal" sosial araşdırmalar ictimai birliyinin sədri, keçmiş "Vətən" partiyasının sədr müavini və tanınmış faşist" başlığı ilə sosial şəbəkə hesablarında geniş şəkildə paylaşmağa başlayıblar.

Görünən odur ki, Arzuman Abdulkərimovun siyasi fəaliyyəti, Ermənistan-Azərbaycan mövzusu haqqında şərhləri düşmən tərəfi o qədər narahat edib ki, A. Abdulkərimovu bu formada cəmiyyət arasında gözdən salmaq üçün əllərindən gələni edirlər. "Qorxan gözə çöp düşər" deyib atalar. Ermənilərin bu dəfəki təxribatı da hədəfi vura bilmədikləri üçün sözügedən paylaşımları sosial şəbəkələrin erməni seqmentində geniş yayılan bu foto heç bir təsirini göstərə bilməyib.

Arzuman Abdulkərimov

Milliyyətçilik ermənilərin ən həssas və ən ağrılı yeridir. Milliyyətçiliyimiz üçün mübarizə aparan şəxsləri qaralamaq isə ermənilərin uzun illərdir çalışdıqları bir mövzudur. 

Belə yerdə İmam Şafinin bu kəlamını qeyd etmək yerinə düşərdi: "Bax gör düşmənin kimə ox atırsa deməli hədəf odur" Mənfur düşmənimiz dayaz ağılları ilə hesablaya bilməyiblər ki, atdıqları bu ox özlərini daha çox incidəcək, hədəfə aldıqları şəxsin xalqımız yanında cəmiyyət arasında nüfuzunu daha çox artırmağa xidmət edə bildi.

Düşmənimiz nə qədər rəzil olsa da əsas düşmənlərini tanıyacaq qədər ağıllıdırlar. Biz isə hər mövzuda onlardan daha ağıllı və daha savadlı olduğumuzu göstərmişik. Necə deyərlər, ermənilərin bu dəfəki xulyası da suya düşdü...

 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın