“Rəşad Dağlı məsələsi bir məişət cinayətidir” – Sərdar Cəlaloğlu

12, 11, 22
16:00

“Rəşad Dağlı məsələsi bir məişət cinayətidir” – Sərdar Cəlaloğlu


“Bu, bir kriminal məsələdir və siyasi tərəfi yoxdur. Belə suallara gərək, hüquqşünaslar, həbsxana gözətçiləri, eləcə də narkotiklərə qarşı mübarizə aparan mütəxəssislər cavab versin”. 

"Azərbaycan Reallığı" 
xəbər verir ki, Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu tanınmış meyxana ustası Rəşad Dağlının narkotiklərə qarşı meyxanalar dediyi üçün bu cinayətə sövq olunması haqda iddialara münasibət bildirib.

S. Cəlaloğluna görə, bu cür məişət səviyyəsində olan cinayətlər kifayət qədər çoxdur:

“Söhbət burada onun narkotiklərə qarşı oxuduğu meyxanadan belə getmir. Çünki narkotikə qarşı mübarizəylə bağlı biz siyasətçilər belə kəskin bəyanatlar veririk, habelə jurnalistlər narkoticarəti ifşa etmək üçün kifayət qədər riskli çəkilişlər aparırlar, məqalələr yazırlar. Buna görə də heç kim təhdid olunmur. Ona görə də düşünürəm ki, Rəşad Dağlı da buna görə təhdid olunmayıb”.

ADP sədri əlavə edib: “İkinci bir məsələ isə budur ki, sonradan məlum oldu ki, əksinə, həbsxanada çıxan adam Rəşad Dağlı haqqında həbsxanada yanlış və pis fikirlərin olmasını dediyinə görə, Rəşad da öz şərəf və ləyaqətini qorumaq üçün bu addımı atıb. Əslinə baxsaq, bu adamlar qonşudurlar və bir məhəllədə yaşayıblar. Ola bilsin ki, əvvəlcədən öz aralarında hansısa söz üst-üstə düşməyib və s”.

“Bir sözlə, mən bunu tamamilə kriminal bir məsələ hesab edirəm və narkoticarətə qarşı mübarizədə də bu cür meyxana deyən, şeir, məqalə yazan adamlara qarşı narkoticarətçilərin hansısa kəskin addımlar atacağı gözlənilmir. 

Hətta başqa qəbildən olan cinayətlər törədənlər belə təhdid olunmur. Ona görə də mən bu məsələnin söylənilən aspektdən meydana çıxmasını qətiyyən qəbul etmirəm. Düşünürəm ki, bu şəxsi münasibətlər zəminində baş vermiş bir məişət cinayətidir və bunu siyasələşdirmək, eləcə də buna kriminal don geyindirmək düzgün deyil”, – yekunlaşdırıb.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın