Əli İnsanov YAP-a qayıdır - ŞOK İDDİA

07, 11, 22
15:00

Əli İnsanov YAP-a qayıdır - ŞOK İDDİA


Keçmiş Səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasını istefa dalğası bürüyüb. 

HƏP-in sədr müavinləri İsfəndiyar Vahabzadə və Qüdrət Quludan sonra partiya sədrinin müşaviri Nuriyə Hidayət də istefa verib. İstefalara səbəb Əli İnsanovun bundan sonra hakimiyyətin siyasi kursunu dəstəkləyəcəyi ilə bağlı bəyanatla çıxış etməsi olub. 

Partiya rəhbərliyində təmsil olunan daha bir neçə nəfərin bu qərar üzündən HƏP-lə yollarını ayırmağa hazırlaşdığı bildirilir. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Yenisabah.az-ın əldə etdiyi məlumata görə, Əli İnsanovun siyasi fəaliyyətində kəskin dönüş etməsi səbəbsiz deyil. Tərəfdarlarından birinin saytımıza bildirdiyinə görə, sabiq nazir yaxın vaxtlarda ölkənin siyasi həyatında şok effekti yaradacaq addım atacaq. Onun hakim Yeni Azərbaycan Partiyasına üzv olmağa hazırlaşdığı bildirilir. Hətta bununla bağlı partiyanın rəhbərliyində təmsil olunan bir neçə deputatla danışıqlara başladığı deyilir. 

Məlumatlı şəxs Haqq və Ədalət Partiyasının mövcudluğunun bundan sonra formal xarakter daşıyacağını vurğulayıb. Onun sözlərinə görə, Ə.İnsanov bu partiyanın başına siyasi kluarlarda tanınmayan tərəfdarlarından birini gətirməyi planlaşdırır. 

Qeyd edək ki, Əli İnsanov YAP-ın qurucularından biri olub. O, uzun müddət bu partiyada sədr müavini postunu tutub, amma 2005-cü ildə həbs olunduqdan sonra partiya sıralarından xaric edilib. 

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın