Deputatdan adından paylaşılan sitatla bağlı AÇIQLAMA

16, 08, 22
13:00

Deputatdan adından paylaşılan sitatla bağlı AÇIQLAMA


“Mən adımdan yayılan fikirləri heç bir yerdə səsləndirməmişəm”. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Parlamentin digər xanım deputatı Sevinc Fətəliyevanın sitatı kimi yayılan açıqlamadan sonra Səbinə Xasayeva haqqında da analoji addım atılıb.

Sosial şəbəkələrdə “İnsanlar şükr etsinlər, adamlar Afrikada acından ölür” fikrini Səbinə Xasayevanın adına çıxıblar.

Səbinə Xasayeva bildirib ki, bu cür saxta məlumatlar qarayaxma kampaniyasının tərkib hissəsidir.

O, yazılanları yalan və iftira adlandırıb:

“Özünə, xalqına, dövlətinə hörmət edən heç bir azərbaycanlı belə yalan məlumatlar yaymaz. İnsanlar bu cür saxta paylaşımlara inanmamalı, yanlış münasibət bildirməməli və təhqiredici ifadələrə yol verməməlidirlər”.

Deputat qeyd edib ki, kiminsə adından saxta fikirlər yaymaq mənəviyyatımıza, əxlaqımıza və qanunlarımıza tam ziddir.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın