Azərbaycan diplomatiyası Prezident İlham Əliyevin rəhbərliyi altında bütün imkan və vasitələrdən istifadə edir ki, Azərbaycan beynəlxalq aləmdə, mövqedə daha da güclənsin

Siyasət / Manşet
 3-07-2022, 08:00     658


Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının 6-cı Zirvə Toplantısı keçirilib. Bundan əvvəlki Zirvə Toplantısı 2018-ci ildə Qazaxıstanın Oktava şəhərində olub.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edib. İclasda Xəzər regionunda əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunub. Azərbaycan Prezidentinin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin inkişafı tarixində yeni və çox önəmli səhifə açdı. Bu görüş zamanı 21 strateji əhəmiyyətli sənəd imzalandı, bu rekord göstəricidir, ikitərəfli münasibətlərimizin konkret sahələrdə inkişafı üzrə çox böyük stimul yaratdı. Bu toplantıda çox mühüm bir qərar qəbul edilmişdir Xəzərin hüquqi statusu ilə bağlı yekun sənəd imzalanmışdır, sənəd hələ ki, qüvvədə deyil. Səbəbi də odur ki, 5 Xəzəryanı dövlətlərin hər biri ratifikasiya etdikdən sonra sənəd hüquqi qüvvə ala bilər. Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan bu sənədi kondensiya ratifikasiya etsə də, İran hələ ki, gözləmə mövqeyindədir. Bu sammit çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı oldu və çıxışında bir sıra mühüm istiqamətlər üzrə cənab Prezident öz mövqeyini ortaya qoydu.

İlk növbədə vurğuladı ki, Xəzərdə təhlükəsizlik mühitinin formalaşması, Xəzərin təbii resurslarının qorunması, Xəzərdə fövqəladə halların qarşısının alınması onun nəticələrinin ləğv edilməsi və digər məsələlər üzrə vacib hüquqi normativ baza formalaşıb. Bu görüşdəndə açıq-aydın göründü ki, Müzəffər Prezident İlham Əliyev bütün xalqların təhlükəsiz, sülh və əminamanlıq şəraitində yaşaması üçün öz humanist mövqeyini hər zaman çox məharətlə ortaya qoyur.

Bakı-Aşqabad münasibətlərinin həm siyasi, həm iqtisadi, həm humanitar, həm də enerji və nəqliyyat təhlükəsizliyi sahələrində inkişafı üçün unikal imkanlar yaranıb. Dövlət başçılarının imzaladığı birgə bəyanat bir daha göstərdi ki, fundamental məsələlərdə, yəni Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Aşqabadın dəyişməz və prinsipial mövqeyi var. Bu da ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllini tapmalıdır. Bu gün iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial var, Azərbaycanla Türkmənistan arasında həllini tapa bilməyən heç bir məsələ yoxdur. Dövlət başçıları da vurğuladı ki, iqtisadi əlaqələrimizin inkişafı üçün daha böyük potensial və imkanlar var, bu əlaqələrin genişləndirilməsinə xüsusilə nəqliyyat, tranzit, logistika sahələrində atılan addımlar əlverişli imkan yaradır.

Səfər çərçivəsində Cənab Prezidentin həm də Rusiya prezidenti Vladimir Putinlə görüşü keçirildi. Həmçinin, İran və Türkmənistan prezidentləri ilə görüşü baş tutdu, Qazaxıstan siyasi rəhbərliyi ilə təmasları oldu. Bütün bunlar göstərir ki, Azərbaycan diplomatiyası Prezident İlham Əliyevin rəhbərliyi altında bütün imkan və vasitələrdən istifadə edir ki, Azərbaycan beynəlxalq aləmdə, mövqedə daha da güclənsin.

Mircalal Mehdiyev, Lənkəran rayonu Moğonojoba kənd sakini.  

AZƏRBAYCANREALLIĞI.COM