Düzgün Atalı: Cahil insanlar azadlığın nə olduğunu anlamırlar. Bunlardan biri də Sərdar Cəlaloğludur

30, 04, 22
11:00

Düzgün Atalı: Cahil insanlar azadlığın nə olduğunu anlamırlar. Bunlardan biri də Sərdar Cəlaloğludur



           CƏHALƏT ƏSARƏTİ
          
Cəmiyyətimiz acı reallıqla üz- üzə qalıb, çıxış yolu isə gün-gündən çətinləşir. Ona görə ki, ölkəmizdə ziyalı ziyasızlığı tüğyan edir.

Ziyalılar  işıq saçmalıdır, insanlara doğru yol göstərməlidir. Ziyalı kütlənin xoşuna gəlmək üçün xurafatı püsgürməməlidir.

Ziyalılar azad fərdlər yetişdirməlidirlər ki, xalq yaransın.

Yazıqlar olsun ki,  ziyalılarımiz kütlənin səvyəsini qaldırmaq əvəzinə, özlərinı cahillərin səviyyəsinə endirirlər. Çünki təfəkkürləri yoxdur, tərif üçün ölülər.

 Elə bil, bu millətin  Sabiri, Cəlili olmayıb.

Keçən əsrin əvvəlində aydınlarımız cəhalətdən qurtulmaq üçün, insanların gözün açırdı.O vaxtdan  yüz il keçib, ancaq hər şeyin yeri dəyişib. İndi özünü ziyalı sayanlar insanların gözlərini bağlamaq üçün, xurafatı təbliğ etməkdə molları  yarı yolda qoyublar.

Düzgün Atalı

Yəqin ki, Elmilər Akademiyada işləyən bir xanımın "İmam" sertifikatı almağı yadınızdan çıxmayıb. Bir başqası isə, özünü 12-ci İmam  Mehdi Sahibi-əz Zəman kimi təqdim edərək böyük pullar müqabilində cənnət alış-verişinı girişmişdi.

Təəssüflər olsun, xurafatın təbliğində siyasi partiyalar da az cənfəşanlıq etmirlər. Onlara elə gəlir ki, bu təbliğatla üzvlərinin sayını artıra bilərlər. Ancaq anlamırlar, onlar insanları cəhalətə sürükləyirlər. Cəhil insanlar isə azadlığın nə olduğunu anlamırlar. Belə partiya rəhbərlərindən biridə Sərdar Cəlaloğludur.

Sərdar Cəlaloğlu və Kamran Həsənlinin TV debatını izlədim. Dəhşətə gəldim! Özünü cəmiyyətə alim kimi təqdim edən, Demoktat partiyasının lideri, sanki orta əsirlərdə ilişıb qalan, fətva verən din xadimlərini xatırladır.

Sərdar Cəlaloğlu

Azərbaycanın azadlıq simvolu olan və millətimizin dəyərinə çevrilən Babəkə qarşı olan nifrəti isə, ümumiyyətlə anlaşılmır. Ərəblər tərəfindən şaqqalanan qəhrəmanımızı, Sərdar Cəlaloğlu gözdən salmaqla məşğuldur.

Hələdə mənə aydın deyil ki, bu siyasətçi, nə üçün partiyasının adını İslam partiyası yox, Demokrat partiyası adlandırıb. Bu adamın demokratiyadan xəbəri yoxdur.

Sərdar Cəlaloğlu, müsəlmanların  inkişafdan qalmasının səbəbini, müsəlmanların elmindən yox, Qurandan uzaq düşməsində görür və avropanın inkişafını isə Qurandan bəhrələnməyində.

 Əhsən sənə!

Oxuculara bir şeyidə xatrılatmaq isdəyirəm ki, İranda da İslam dövlətini, bu düşüncədə olan insanlar qurdular. Nəticə göz qabağındadır.

AZƏRBAYCANREALLIĞI.COM  



Bizimlə əlaqə saxlayın