Bakıya yeni prokuror təyin edildi

28, 04, 22
16:30

Bakıya yeni prokuror təyin edildi


Baş prokuror Kamran Əliyev Bakı şəhərinə prokuror təyin edib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, K.Əliyevin əmri ilə vəzifəyə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri, general-mayor Elşən Abbasov təyin olunub.

Bu təyinatadək E.Abbasov Baş Prokurorluğunun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, daha sonra isə Təşkilat və icraya nəzarət idarəsinin rəisi olub.

Qeyd edək ki, Bakı şəhər prokuroru İlqar Abbasovun səlahiyyət müddəti dünən başa çatıb.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın