Tural Abbaslı: Azərbaycanda baş verənlər açıq və şəffaf formada müzakirə masasına yatırılmalı və obyektiv müzakirə olunmalıdır.

17, 07, 18
23:54

Tural Abbaslı: Azərbaycanda baş verənlər açıq və şəffaf formada müzakirə masasına yatırılmalı və obyektiv müzakirə olunmalıdır.

Tural Abbaslı: Azərbaycanda baş verənlər açıq və şəffaf formada müzakirə masasına yatırılmalı və obyektiv müzakirə olunmalıdır.ðlgili resim




AĞ Partiyanın başqanı Tural Abbaslı ölkədə baş verən son hadiələrlə bağlı Musavat.com açıqlama verib 
Tural Abbaslı: Analiz etsək görərik ki, həqiqətən də Azərbaycan indi çox həssas və təhlükəli dönəmlər yaşamaqdadır. Belə qarışıq və anlaşılmaz məqamlarda atılmalı olan ilk addım  hakimiyyətin öz xalqı və müxalifəti ilə birgə göstərəcəyi birlik duruşu olmalıdır: “Yəni iqtidar bu hadisələri törədən qüvvələrə qarşı Azərbaycanda dövlətçilik naminə milli barışıq və milli birlik olduğunu nümayiş etdirməlidir. Bunun üçün də ilk növbədə geniş müxalifət və ictimaiyyət sektorunun təmsil olunduğu dəyirmi masa təşkil olunmalıdır. Azərbaycanda baş verənlər açıq və şəffaf formada müzakirə masasına yatırılmalı və obyektiv müzakirə olunmalıdır. Bu müzakirələrdən çıxacaq olan nəticələrə əsasən də dövlətdə təcili və təxirəsalınmaz islahatlar aparılmalıdır. Bu islahatlar ilk növbədə siyasi və iqtisadi sektoru əhatə etməlidir. Belə olacağı təqdirdə dövlətimiz bu təlatümlü zamandan itkisiz çıxacaq. Həmçinin gələcəkdə də belə təlatümlərin yaşanmasının qarşısını almış olacaq. Unutmayaq ki, iqtidarın müxalifəti nəzərə almadığı hər bir ölkə kənardan törədiləcək  istənilən təxribatlara açıq ölkə olur. Dialoq, islahat, milli barışıq və inkişaf ölkəni xaosdan, təxribatlardan immunitetli ölkə halına gətirir”.

Bizimlə əlaqə saxlayın