VİP üzvləri Əli Əliyevdən üz çevirir: İSTEFALAR DAVAM EDİR - FOTO

19, 12, 21
13:00

VİP üzvləri Əli Əliyevdən üz çevirir: İSTEFALAR DAVAM EDİR - FOTO


Vətəndaş İnkişaf Partıyasının sədiri Əli Əliyevin hər kəsə məlum olan İran görüşü və molla rejminin rəhbər şəxsləri ilə görüşü partiya üzvüləri tərəfindən birmənalı qarşılanayıb, buna görə də partiyadan istefalar davam edir. Bu vaxta kimi kütləvi istefa verənlər arasında Vətəndaş İnkişaf Partıyasının iki rəhbər üzvü - bir müavini, bir nəfər isə Nizami rayon təşklatının sədiri var.  Aldığmız digər məlumata əsasən kütləvi istefaların davam edəcəyi bildirilir. Bu günlərdə isə76 yaşlı vetran partıya üzvü Əli Əliyevlə bir sırada qalmağ istəmədiyini, partıya sıralarında isdefa verdiyini bəyan edib.

"Azərbaycan Reallığı" sözü gedən bəyanatı təqdim edir:

"7 AYDIR AĞIR XƏSTƏ YATAN 76 YAŞLI, FƏAL PARTİYA ÜZVÜNDƏN XƏBƏR TUTMAQ İSTƏMƏYƏN  PARTİYA SƏDRİ İLƏ  NƏHAYƏT  SİZ DƏ TANIŞ  OLUN!"

Bir neçə gün bundan əvvəl  “Bir partiya sədri həmin partiyanın xeyli müddətdir xəstə yatan üzvündən xəbər tutmursa o partiya sədrinə nə deyərdiniz?!” məzmunda şərh yazmışdım. Şərhimə bir neçə Facebook dostlarım qəmgin halda  münasibət bildirsələr də həmin partiya sədri yenə də əvvəlki laqeydliyində qalmış, onu ziyarət etməyi bir yana qalsın, telefonla da olsa 76 yaşlı, ağır xəstə olan partiya üzvündən xəbər tutmamışdır! Həmin partiya sədrinin adını açıqlayıram! O, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdir!"

Bildirirəm ki,  2019-cu ilə kimi son otuz ildə  mən heç bir partiyanın üzvü olmamışam. Buna baxmayaraq jurnalist peşəmə uyğun olaraq müxtəlif vəzifəli şəxslər tərəfindən yoxsul xalqın haqqının oğurlanmasına dair tənqidi yazılarımla həmişə bir qayda olaraq çıxış etmişəm. Mətbuatda tənqidi yazılarımı izləyən Əli Əliyev 2019-cu ildə  məni Vətəndaş və İnkişaf Partiyasına dəvət etdi. Bundan əvvəl Əli Əliyevin fb-da, müxtəlif televiziya kanallarındakı yoxsulların mənafeyi naminə olan çıxışlarını bəyəndiyimə görə VİP-ə üzv qəbul olunmaq haqqında mənə edilən təklifi qəbul etdim. 

Həmin vaxtdan indiyə kimi mən onlayn qaydada VİP-in tədbirlərində fəal iştirak etmiş və Əli Əliyevdən prinsipial şərhlərimə  görə təşəkkür mesajları almışam. 

Hakim Əhmədov

Son zamanlar 7 ay xəstə olduğum müddətdə VİP-in kollektivi, partiya sədri Əli Əliyev tərəfindən unudulmağım mənə çox təsir etmişdir. Halbuki partiyanın qərargahına zəng edərək xəstə olduğumu bildirmişdim...  

Elə isə təşəkkür mesajları göndərilən yaşlı partiya üzvü də mənəvi dəstək əvəzinə  belə unudulardımı?

Bəli bu acı fakt göstərir ki, partiya üzvlərinin fəallığı partiya sədri Əli Əliyev tərəfindən lazımınca qiymətləndirilmir!

Ona görə də partiya üzvlərinin sayını “artırmaq” xatirinə VİP-in ümumi siyahısında qalmaq istəmirəm! 

Əli Əliyev

ELƏ BU GÜNDƏN, BU DƏQİQƏDƏN  VƏTƏNDAŞ və  İNKİŞAF PARTİYASININ  ÜZVLÜYÜNDƏN İSTEFA VERİRƏM!" 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın