Qarabağ qazisindən Çingiz Abdullayevə sərt sözlər - “Ayıbdır ey! Çingiz Abdullayev...

02, 11, 21
12:00

Qarabağ qazisindən Çingiz Abdullayevə sərt sözlər - “Ayıbdır ey! Çingiz Abdullayev...


Tanınmış Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Xalq yazıçısı Çingiz Abdullayevi tənqid atəşinə tutub.

"Azərbaycan Reallığı" xəbər verir ki, o, Çingiz Abdullayevin Birinci Qarabağ Müharibəsini qəbul etməməsinə sərt reaksiya verib. O, yazıçıdan üzr istəməsini tələb edib:

“Ayıbdır ey! Çingiz Abdullayev deyib ki, “Birinci Qarabağ Müharibəsi olmayıb, yalandır!” Bu adama deyin ki, müharibə olub! Ayıbdır! Birinci Qarabağ müharibəsində 18.500 nəfər şəhid olub, 3700 nəfər itkin düşüb, 39.500 nəfər yaralanıb. Üzrxaqlığını gözləyirik!”

Qeyd edək ki, Xalq yazıçısı bir müddət əvvəl Vətən müharibəsi haqda özünün feysbuk hesabında paylaşım etmişdi:

“Mən "Birinci" və "İkinci Qarabağ savaşı" terminlərinin əleyhinəyəm. "Birinci Qarabağ müharibəsi" olmayıb. Müharibə iki dövlətin orduları arasında silahlı konfliktə deyilir. Bu isə sadəcə yox idi! Sovet süquta uğradığı vaxtda bizim sadəcə xalqın özünün müdafiə məqsədli yaratdığı könüllülər dəstəsi var idi. Qonşularımızın isə yetərincə sayda hazırlıqlı zabitləri olsa da, keçmiş sovet komandirlərinə pul ödəyərək onların texnika, hətta canlı qüvvəsindən istifadə edirdilər”. 

AZƏRBAYCANREALLIĞI.COM


Bizimlə əlaqə saxlayın