Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu qalmaqalı pik həddə: Pişiyimdən əl üzmüşəm, məndən nə istəyirsiniz?

16, 09, 21
09:00

Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu qalmaqalı pik həddə: Pişiyimdən əl üzmüşəm, məndən nə istəyirsiniz?


Bir neçə gündür sosial şəbəkədə Bəxtiyar Hacıyevlə jurnalist Ülviyyə Alovlu mübahisəsi artıq pik həddə çatıb. Demək olar ki, bu mübahisə artıq məhkəmə çəkişməsinə qədər gedib çıxıb. Alovlu Hacıyevi xususi ittham qaydasında məhkəməyə verərək həbsini tələb edir. Bununla bağlı 20 sentyabr saat 12:00-da Gəncə şəhəri Nizami rayon məhkəməsində məhkəmə prosesi baş tutacaq. Ülviyyə Alovlu siyasi blogger Bəxtiyar Hacıyev haqqında  sosial şəbəkədə daha bir qalmaqalı paylaşım edib. Sözü gedən paylaşmı Azerbaycanrealligi.com olaraq oxuculara təqdim edirik.

Bugün səhər saat 11 radələrində blogger Bəxtiyar Hacıyev hansısa yollarla ailəm haqda məlumatları əldə edərək, bacımın iş yerinə hücum çəkmiş, aqressiv şəkildə nalayiq ifadələrlə bacımı axtardığını bildirmişdi.

Ülviyyə Alovlu

Hadisə ilə bağlı artıq 102 xidmətinə məlumat vermişik. Görüntülər müşahidə kameralarına düşüb və onlar da öz növbəsində hüquq mühafizə orqanlarına təqdim olunacaq.

Bundan belə mənim və ailəmin təhlükəsizliyi sırf hüquq-mühafizə orqanlarının boynuna düşür.

Çünki Bəxtiyar Hacıyevi məxfi məlumatlarla təmin edən, onun mənə qarşı bu ilk olmayan hücumlarını görməzdən gəlib, cəzasız qoyan da məhz dövlət güc strukturlarıdır. 

Polisə edilən şikayətlə bağlı mediada gedən xəbərləri jurnalistlərə təzyiq göstərərək sildirən də səlahiyyətli hüquq-mühafizə məmurlarıdır.

Bəxtiyar Hacıyevlə əlbir olub onu iqtidara “müxalifət” kimi təqdim edərək Feysbuk vasitəsi ilə İlham Əliyevi söydürənlər, elə onun öz əhatəsində olan, amma əslində xarici qüvvələrə işləyən müxənnətlərdir.

Buna artıq tam əminəm!

Bununla artıq neçənci dəfədir ki, mənim şəxsi və məxfi məlumatlarım Bəxtiyar Hacıyevə ötürülür. Bəxtiyar Hacıyev isə öz növbəsində hakimiyyətdə olan havadarlarının hesabına qadın zorakılıqlarına qol qoyur, amma sudan quru çıxmağa müvəffəq olur. 

Bəxtiyar Hacıyev

Buradan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nə müraciət edirəm, bundan belə mənə və ailəmə bir şey olsa, bunun birbaşa günahkarı bütün dövlət mühafizə orqanlarıdır!

Həqiqətən, təngə gəlmişəm, bezmişəm!

Bu mənəvi terrora bir son qoyan olacaq ya yox? 

Bunun bir yiyəsi də yoxdur ki, dayandırsın? 

Pişiyimdən də əl üzmüşəm, daha məndən nə istəyirsiniz? 

Gərək elə qan çıxa ki, aidiyyati güc strukturları kor gözlərini açıb reallığı görə? 

Bu ölkədə qadınların əzildiyi bəs deyilmi? 

Qadın zorakılığına göz yumanlar, elə onun iştirakçısı sayılır! 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın