“Düşmənin yeri qəbirdir, vəssalam!“ - Partiya sədri cəbhədəki son hadisələrdən danışdı

27, 08, 21
15:00

“Düşmənin yeri qəbirdir, vəssalam!“ - Partiya sədri cəbhədəki son hadisələrdən danışdı


Xəbər verdiyimiz kimi, dünən Qubadlı rayonun Aşağı Cibikli kəndi yaxınlığından “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.

Qeyd edək ki, əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilmişdir, hazırda həyatı üçün təhlükə yoxdur.
Maraqlıdır, əsgərimizi yaralayan düşmənin cəzası nə olmalıdır? Azərbaycan bu həmləyə görə, düşmənə necə cavab verməlidir?

KXCP sədri Mirmahmud Mirəlioğlu deyib ki, düşmənə layiq olduğu cavab verilməlidir:

“Düşmənə layiq olduğu cavabı vermək lazımdır. Düşmən atəşkəsi pozdu, bizə atəş açdı, əsgərimizi yaraladı, şəhid elədi kimi xəbərlər Müdafiə Nazirliyinin məlumatı əsasında mediaya yayılır. Müdafiə Nazirliyi təkcə məlumat yaymaqla məşğul olmamalıdır. Atəşkəsi pozan susduruldu nə deməkdir ki”...

M.Mirəlioğlunun sözlərinə görə, düşmənin Azərbaycan əsgərini yaralamaq imkanı olmamalıdır:

“Düşmənin Azərbaycan əsgərini yaralamaq imkanı olmamalı, o məhv edilməlidir. Biz düşməni öldürməliyik. Bununla da düşmən bitməli, əlini qaldırıb tabe olmalıdır.

Bu yalançı, bayağı fikirlərə son vermək, digər torpaqları da azad edib, düşməni öz yerində oturtmaq lazımdır. Düşmənin yeri bilirsizmi haradır? Ya qəbir, ya da təslim olmaqdır, vəssalam" Bu işin adı budur”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın