Deputatın şirkəti haqda daha bir GİLEY – Baxan yoxdur

15, 08, 21
13:30

Deputatın şirkəti haqda daha bir GİLEY – Baxan yoxdur


Daimi izləyicimiz Tural Qoca Kontakt Home mağazalar şəbəskəi ilə bağlı şikayətini dilə gətirib. Həmişəki kimi şikayət mağazanın zəmanət verdiyi məhsulun problem yaranarsa bu problemin həllinin müşkülə düşməsi ilə bağlıdır.

“Kontakt Home-nin 28 May filialından sound bar aldım heç iki ay işlətməmişdim ki, xarab oldu. Zəmanəti olduğuna görə, sevisə verdim və yazılı şəkildə bildirdim ki, üstünü cızmasınlar əks halda qəbul etməyəcəm. 10 gün sonra məhsulu mənə verəndə üstü cızılmış, lakı tökülmüş vəziyyətdəydi. Rəsmiləşdirilmiş tələbimin kopyasını servis nümayəndəsinə göstərib malı götürməkdən imtina etdim. Malı yenidən servisə qaytarcaqlarını və qısa müddətdə problemi aradan qaldırıb yenidən mənə təqdim edəcəklərini söyləsələrdə, bir aydır heç bir xəbər yoxdur.

"Kontakt Home” mağazalar şəbəkəsinin sahibi deputat Elnur Allahverdiyevə də müraciət edim. O cavab olaraq bildirdi: Mən şirkətin yaradıcılarından biri və rəhbəri olmuşam. Deputatlıq fəaliyyətimlə əlaqədar sahibkarlıq fəaliyyətimi dayandırmışam. Ancaq belə müraciətlər olanda kömək etməyə çalışıram”. Hələlik isə heç bir nəticə əldə etməmişəm”,- deyə şikayətçi qeyd edib.

Azərbaycanda müştərinin öz hüququ uğrunda mübarizəsi əsasən Don Kixotun yel dəyirmanı ilə vuruşması kimidir.Yəni mənasız, boşuna zəhmət. Həmişə müştəri yox, mağaza sahibləri haqlı çıxırlar. Ya da müştərini elə yorur, elə incidirlər ki, haqlı olmasına da peşman olur, “ cəhənnəmə ki” deyib, pulunu çölə atıb, yeni məhsul alır. Bu mənada Kontakt Home mağazalar şəbəkəsinin inqilab edib , müştəri məmnuniyyətini əsas tutacağına, nəhayət ki, nümunəvi, keyfiyyətli xidmətilə ad çıxaracağına ümid edirik. (Bizimyol.info)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın