Kəmaləddin Heydərov necə “sağ” qaldı?

16, 07, 21
10:30

Kəmaləddin Heydərov necə “sağ” qaldı?


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 60 illik yubileyini qeyd etdi.

Prezident İlham Əliyev iyulun 14-də Kəmaləddin Fəttah oğlu Heydərovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı.

O, Azərbaycan Respublikasında fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

K.Heydərov 30 ilə yaxındır Azərbaycanda yüksək vəzifələrdə çalışır. Azərbaycan mediasında, siyasi çevrələrdə adətən “fövqəlnazir”, bəstəkarlığa meylinə görə incəsənət çevrələrində isə sadəcə “Kamal” kimi təqdim edilən K.Heydərov, son illərdə iqtidar daxilindəki mövqelərinin ciddi şəkildə sarsılmasına baxmayaraq, bu gün də hakim elitanın əsas avtoritetlərindən biri olaraq qalmaqdadır. O, eyni zamanda “köhnə qvardiya”nın indiyəqədərki bütün “burulğanlardan” sağ çıxmağı bacarmış azsaylı liderlərindən biridir.

K.Heydərovun bugünkü vəziyyətinə baxanda, əvvəlki qüdrətinə həsəd aparmaq olar. Lakin nəzərə alsaq ki, Kamal 30 illik YAP iqtidarı daxilindəki ən amansız daxili müharibələrin əksəriyyətində tərəflərdən biri olub, üstəlik, yeni konfiqurasiyada “köhnə boss”lara ümumiyyətlə yer qalmayıb, onun hələ də ayaqda olması fenomenal hadisə sayıla bilər.

Heydərovun bu nailiyyətinin sirrini hərə bir cür izah edir. Kimisi onun “məğlubedilməzliyini” keçmiş və indiki Prezidentlərə “sarsılmaz sədaqəti”, kimisi qeyri-adi bacarıq və qabiliyyətləri, kimisi xaricdəki qüdrətli dostları, kimisi də inanılmaz ehtiyyatlılığı və hiyləgərliyi ilə izah edir.
Həqiqət hardadır, demək çətindir. Lakin uzun və haldan salan “qurd döyüşlərindən” qalib çıxmış 60 yaşlı yubilyar son illərdə kölgəyə çəkilib və çox yorğun görünür... (Azpolitika)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın