Səbinə Xasayeva: "Rənglər"dən düşən işıq

23, 05, 21
17:50

Səbinə Xasayeva: "Rənglər"dən düşən işıq


Ötən əsrin 30-cu illərində Azərbaycan poeziyası yeni bir istiqamətdə inkişaf etməyə başladı. Bu istiqamətləri Səməd Vurğun və Rəsul Rza poeziyası müəyyənləşdirdi.

Səməd Vurğunun heca vəznində yazdığı şeirlər, Rəsul Rzanın sərbəst vəzndə yazdığı şeirlər Azərbaycan poeziyasının işığı kimi izlənilir, oxunurdu, oxunur, sevilirdi, sevilir.

Sərbəst şeirləri qafiyələnmə xarakteri ilə səciyyəvi olan Rəsul Rzanın poetik düşüncə tərzi, poetik duyumu və poetik ricətləri bu gün də poeziyamızda yaradıcılıq göyqurşağıdı, zənnimcə şairin. “Rənglər”i neçə on illərdi ədəbiyyatımızda müxtəlif fəlsəfi yanaşmalarla müraciət olunan mövzulardandır. Şairin lirik şeirləri duyğuları tərpədir, “Qızıl gül olmayaydı”, “Rənglər” kimi poemaları düşüncələrin tarixiliklə (və müasirliklə!) səsləşməsi baxımından yaşarıdır. Məhz buna görə də “Rənglər”dən düşən işıq bəşəri işıqdı.
 
Xalq şairi Rəsul Rza ədəbiyyatımızda da, tarixdə də yaşamaqdadır, yaşayacaq da! “Rənglər”in rəngi sevgimiz rəngdədir. Bu sevgi Vətən sevgisidi. Vətənə ad olan poeziyaya sevgidi.

Səbinə Xasayeva
Milli Məclisin deputatı
 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın