Bakıda mason sammiti - dünyanın ən sirli təşkilatı Azərbaycanda güclənirmi?

03, 07, 18
18:45

Bakıda mason sammiti - dünyanın ən sirli təşkilatı Azərbaycanda güclənirmi?

Bakıda mason sammiti - dünyanın ən sirli təşkilatı Azərbaycanda güclənirmi?


Nəzakət Məmmədova: “Nüfuzlu dünya masonları Bakıya gəlsəydilər...”

Ötən həftənin şənbə günü dünyanın bir çox ölkələrindən masonlar Bakıya toplaşıblar. Virtualaz.org xəbər verir ki, məqsəd yerli mason təşkilatının-Azərbaycan Böyük Milli Lojasının Onuncu Assambleyasında iştirak etməkdir. Assambleya paytaxtın beşulduzlu otellərindən birində keçirilir. 

Bu mason lojasının 10 il əvvəl Rusiya Böyük Lojası tərəfindən yaradıldığı, Azərbaycanın bir sıra nüfuzlu şəxslərinin, iri biznesmenlərinin və o cümlədən yüksək vəzifəli məmurlarının orada təmsil olunduğu bildirilir.

Lakin Bakıdakı mason sammiti ətrafında müəmmalı hadisələr baş verməkdədir. Belə ki, sammitə qatılmaq üçün gələn Rusiya masonlarının nümayəndə heyəti bu yubiley mərasimində nəyə görəsə iştirak etməyiblər. Belə ki, Rusiya Böyük Lojasının Böyük magistri, prezidentliyə eks-namizəd, politoloq Andrey Boqdanov assambleyanın keçirildiyi saatlarında Bakı bulvarında gəzərkən görünüb. Vesti.az Boqdanovla əlaqə saxlayıb, amma o situasiyanı şərh etmək istəməyib. Bundan əvvəl Boqdanov yerli mətbuata açıqlamasında bildirmişdi ki, 10 ildir hər il bu vaxtlarda Bakıya gəlir. Çünki Azərbaycan Böyük Milli Lojasının Assambleyasında iştirak edir.

Məlumata görə Azərbaycan Böyük Milli Lojasının bütün rəhbərliyi ABŞ vətəndaşlığı daşıyan iranlılardan və türklərdən ibarətdir. 10 ildir yaradılsa da bu loja Azərbaycanın Ədliyyə Nazirliyində qeydiyyata alınmayıb. Mason ənənələrinə və qanunlarına görə Böyük Loja ancaq o ölkədə yaradılır və fəaliyyət göstərir ki, həmin ölkənin hakimiyyəti buna icazə versin. Məhz bu səbəbdən İngiltərə Böyük Lojası indiyə qədər Azərbaycan Böyük Milli Lojasını tanımır. 

İstisna deyil ki, Rusiya Böyük Lojası da Azərbaycan lojasını tanımaq barədə qərarına yenidən baxacaq.

Şayiələrə görə, Azərbaycan Böyük Milli Lojası fətullahçı türklərin və ABŞ-da olan şah tərəfdarı iranlıların təsiri altına düşüb. Bu da Rusiya, Türkiyə və İranın maraqlarına uyğun deyil.

Mövzu ətrafında ən müxtəlif müzakirələr açılıb.
ÐаÑÑинки по запÑоÑÑ TÉhlükÉsizlik üzrÉ ekspert NÉzakÉt MÉmmÉdova

Təhlükəsizlik üzrə ekspert Nəzakət Məmmədova hesab edir ki, əgər masonların belə toplantılarından mətbuat xəbər tutursa, onların fəaliyyətinin məxfi olması ehtimalları aradan qalxır: “O sahəyə daxil olmayan insanların belə tədbirlərdən xəbər tutmaları mümkünsüzdür. Əgər biz bu toplantı barədə danışırıqsa, demək masonlar düşündüyümüz qədər gizli qüvvə deyillər. Onlara yanaşmada indiyə qədər müxtəlif nəzəriyyələr, ehtimallar meydana çıxıb. Bu barədə də çoxsaylı fikirlər səslənib. Bəziləri hesab edir ki, masonlar deyildiyi qədər dünyanı idarə etmək gücünə malik deyillər. Hətta olub ki, onlar bəzi ölkələrdə qeydiyyatdan keçiblər, toplantıları barədə dövlətə, ictimaiyyətə məlumat verilib. Hətta Türkiyədə onların zamanında jurnalı belə çıxırdı. Üzvləri olub ki, mətbuata açıqlamalar veriblər, onlardan müsahibələr götürülüb. Təşkilatlarının bəzən maliyyəsi haqqında da məlumat verdikləri vaxtlar olub. Masonlarla bağlı bir yanaşma da ondan ibarətdir ki, onlar məxfi, üzvlərindən başqa kimsənin məlumatı olmayan, dünyanı idarə edən güclərdir. Orta əsrlərdə qardaşlıq cəmiyyətləri kimi yaranan masonlar barədə indiyə qədər ən müxtəlif fikirlər səslənib və onlara daim maraq güclü olub. Dünyada inqilabların, müharibələrin qarşısının alınmasında onlar daim canfəşanlıq göstəriblər. İndinin özündə də belədir. Çünki onların maliyyəsindən bu cür vəziyyətdə çox istifadə olunur”.

N.Məmmədova Azərbaycanda hüquqi baxımdan masonların tanınmadığını söylədi: “Belə tədbirlərin Bakıda olması ölkəmiz adına təhlükəli deyil. Çünki bu cür gizli toplantılar indiyə qədər çoxsaylı ölkələrdə baş tutub. Hər hansı bir hadisənin baş verdiyinin şahidi olmamışıq. Digər tərəfdən əgər Azərbaycan onları təşkilat kimi ölkə daxilində qeydə almayıbsa, demək onlar qeyri-leqal şəkildə bu cür toplantılar keçirirlər. Rusiyada qanuni oğruların bu cür toplantıları olur. Orada hər kəs bilir ki, qanuni oğrular və onların cəmiyyətləri var. Eləcə də masonların olması barədə Azərbaycanda da heç kəsdə şübhə yoxdur. Onların məxfi adları fərqli ola bilər. Azərbaycan masonlarının dünyanın müxtəlif yerlərindən olan masonlarla əlaqələrinin olması faktdır və bu da müəyyən mənada normal haldır. Azərbaycanda onların fəaliyyətinə icazə verilmədiyi, qanuni fəaliyyət göstərmədikləri, eləcə də, üzləri məlum olmadığı üçün fəaliyyətləri hər zaman əfsanələrlə, mifologiya ilə dolu olur. Bunun üçün də fəaliyyətlərində şişirdilmiş, reallıqdan uzaq məlumatlar da az olmur. Bir reallıq var ki, dünyada elə qüvvələr var ki, Azərbaycan daxil bütün dünyanın bir mərkəzdən idarə olunmasının tərəfdarıdırlar. Bu baxımdan masonların ölkəmizdə də qollarının olması başa düşüləndir. Çünki onlar dünyanı idarə edə bilməsələr də, hər yerdə üzvlərinin olmasına çalışırlar. Doğrudur, ola bilər ki, Rusiya, İngiltərə kimi ölkələrin mason təşkilatları bizdəkini dövlət tərəfindən qeydə alınmadığı üçün tanımaya bilər. Amma bunlar çox şeyi dəyişmir. Qonşu ölkələrimizdən elələri var ki, masonların orada fəaliyyətləri geniş yayılmayıb. Burada İranı misal çəkə bilərəm. Bu ölkə masonları yəhudilərin nəzarətində olan təşkilat kimi qələmə verir. İsrailə qarşı mübarizə aparan bir dövlət isə təbii ki, masonluğa daxilində icazə verməz. Bu amilin, eləcə də, dünyada masonların güclü olduqları ölkələrin Azərbaycanda masonluğu gücləndirmək imkanlarının zəif olması ölkəmizdə onların saylarının, fəaliyyətlərinin az olmasına səbəb olan başlıca amillərdir. Məsələn, Amerikanın burada masonluğu gücləndirmək imkanları olduqca zəifdir, nəinki Türkiyə masonlarının. Digər tərəfdən Rusiya masonlarını görəvləndirə bilərlər ki, Azərbaycanda masonluğu yarat, ona nəzarət et. Amerika, İngiltərə tərəfindən Azərbaycanda masonlara nəzarət etmək daha çətindir, nəinki regional vasitələrlə. Qonşularımızdan yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda masonluğa nəzarətdə İran istisnadır. Əslində masonlara nəzarət edən böyük güclər daha çox kənarda qalırlar. 

Bu səbəbdən bəzi yerlərdə mason lojalarının fəaliyyətinin üzə çıxarılmasına özləri şərait yaradırlar. Təsadüfi deyil ki, masonluğun dərəcələri belə var. Bu baxımdan masonların son Bakı toplantısı düşünürəm ki, üzdə olanlarındır. Nüfuzlu dünya masonları Bakıya gəlsəydilər, bunlar arasında prezidentlər, nazirlər dünyada tanınmış simalar və digərləri ola bilərdi. Masonlar hər zaman çalışırlar ki, ən nüfuzlu şəxsləri öz sıralarına dəvət etsinlər. Sözü keçən nüfuzlu masonlar Bakıya gəlsəydilər, bu böyük diqqət toplayardı. Demək Bakıda toplananlar bir o qədər də əhəmiyyətli masonlar olmayıblar. Diqqət yayındırmaq üçün Bakıya toplaşa bilərlər”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın